Ölkə kubokunun finalında "Qarabağ"la qarşılşacaq "Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdir.
"Football-plus.az" xəbər verir ki, bunu bacaracağı təqdirdə Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yarışın qalibi adını qazanacaq 10-cu komanda kimi tarixə düşəcək.
“Qarabağ” isə yarışın 7 qat qalibidi. Ağdam klubu ölkə kubokunu başı üzərinə qaldırmaqda mütləq rekordçudu. Bölgə təmsilçisi rekordunu yeniləməklə digərləri ilə fərqi artırmağa çalışacaq.
Qeyd edək ki, 1992-ci ildən keçirilən yarışda 9 klub - “Qarabağ” (7), “Neftçi” (6), “Kəpəz” (4), “Xəzər Lənkəran”, “Bakı” (hər ikisi 3), “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ" (hər ikisi 2), “İnşaatçı”, “Şəfa” (hər iksi 1) qalib adına sahib çıxıb.
"Zirə" tarixinin ilk kubokunu qazanmaq şansına malikdi
Ölkə futbolu





