• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqada mövsümə yekun vuruldu - YENİLƏNİB

Premyer-liqa / Manşet

26-05-2024, 21:0

Avqustun 4-də keçirilən “Araz-Naxçıvan” – “Turan” oyunu ilə start götürən mövsümə bu gün keçirilən oyunlarla yekun vurulub.

Misli premyer-liqası
4-cü dövrə, 36-cı tur
25 may

26 may
Turan Tovuz – Kəpəz 1:0
Otto Con, 74

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+3=0-0, 8:0.
2022/23 – 2:0, 2:0; 2023/24 – 4:0.
Cəzalılar: Redorik Miller (Turan Tovuz), Şakir Seyidov, Junior Martins, Vüsal Məsimov, Elmir Tağıyev (hamısı “Kəpəz”).
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz. Şəhər stadionu. Saat 17.00.
Qərb derbisi həmişə olduğu kimi, yenə də gərgin mübarizə vəd edir. Burda “Turan Tovuz”un ənənəvi azarkeş dəstəyini və ev matçlarında daha uğurlu çıxışını nəzərə almalıyıq. Ayxan Abbasovun komandası altıncı pillədəki yerini möhləmləndirmək məqsədilə budəfəki sınaqdan da üzüağ çıxmalıdı. “Bozqurd”un bu yöndə ümidini artıran məsələlərdən biri də rəqibin heyətində xeyli itkinin olmasıdı. “Kəpəz” isə ilkə imza atmağa çalışacaq. Gəncə təmsilçisi hələ ki bu meydanda “Turan Tovuz”a nəinki qalib gələ, hətta qol da vura bilməyib. Premyer-liqada qalmağı təmin edən “sarı-göylər” həm buna nail olmağa, həm də mövsümü 8-ci pillədə bitirməyə çalışacaq.
Bu komandalar indiyə qədər 7 dəfə üz-üzə gəlib. Bunların 4-də “bozqurd”, 2-də “Kəpəz” qələbə qazanıb, 1-də qalib müəyyənləşməyib. Topların nisbətində “Turan Tovuz” öndədi – 11:3.

Araz-Naxçıvan – Qarabağ 2:2
Elvis Maşike, 3, Abdulla Rzayev, 58 - Olavio Juninyo, 27, Vadim Abdullayev, 32-ö.q.

“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 3:+3=0-0, 7:4.
2000/01 – 2:1; 2001/02 – 3:2; 2023/24 – 2:1.
“Futbol+”in proqnozu: 20-30-50.
Bakı. “Azərsun Arena”. Saat 19.30.
Mövsüm “Araz-Naxçıvan”ın oyunu ilə başlamışdı, onun oyunu ilə də bitəcək! Bu oyunun bir başqa özəlliyi çempionla aşkar autsayderin üz-üzə gəlməsidi. Matç komandaların turnir hədəfləri baxımından heç bir əhəmiyyət daşımır. Tərəflərin qarşılaşmasında başqa diqqətçəkən məqam var. Belə ki, “Araz-Naxçıvan” cari mövsümdə evdə “Qarabağ”a məğlub olmayan yeganə premyer-liqa iştirakçısıdı. Ağdamlılar son matçda məhz bu faktı parçalamağa çalışacaq. Hərçənd “Azərsun Arena”nın bugünkü oyunda naxçıvanlıların ev stadionu olması formal xarakter daşıyır. Sadəcə, təltifat mərasimi üçün belə olması lazım bilindi.
Bu komandalar indiyə qədər 7 dəfə qarşılaşıb. Bunların 3-də “qırmızı-ağlar”, 4-də “köhlən atlar” qalib gəlib. Topların nisbətində Qarabağ” öndədi – 13:9.

Neftçi – Sabah - 0:1
Namik Ələsgərov, 85.
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 11:+7=1-3, 18:8.
2018/19 – 2:0, 3:0; 2019/20 – 1:1, 4:0; 2020/21 – 1:0, 2:1; 2021/22 – 1:2, 1:0; 2022/23 – 2:3, 1:0; 2023/24 – 0:1.
Cəzalı: Davit Volkov (Sabah).
“Futbol+”in proqnozu: 30-30-40.
Bakı. “Neftçi Arena”. Saat 19.00.
Paytaxt derbisi birmənalı şəkildə həm də turun mərkəzi görüşüdü. Axı iki avrokuboklara iddialı komandanın çarpışmasına şahidlik edəcəyik. Başqa vaxt olsa, konkret favoritdən bəhs etmək mümkün idi. Lakin indi tərəflərin şanslarını bərabər qiymətləndirə bilərik. “Neftçi” “doğma divarlar” arasında meydana çıxdığı matçda çılğın azarkeş dəstəyinə sığına bilər. Matç həm də baş məşqçi Miodraq Bojoviç üçün çətin sınaqdı. Məğlubiyyətin mütəxəssisi yeni iş yeri axtarmağa məcbur edəcəyinə şübhə yoxdu. Emil Balayev və Rza Cəfərov zədədən əziyyət çəkir. Emin Mahmudova şans verilib-verilməyəcəyi isə bəlli deyil. Bəs “Sabah”? Burda İshak Belfodilin müalicəsi davam edirsə, Davit Volkov cəzalıdı. Amma Krunoslav Renduliçin heyətlə bağlı ciddi çətinliyi olmayacaq. Çünki Masazır təmsilçisinin ehiyat oyunçular skamyası zəngindi. Qələbəyə qarşılaşmanın səfərdə olması və ya hansısa gözlənilməz hadisə mane ola bilər. Qısası, “bayquşlar”ın yeganə məqsədi son üç matçda məğlub olmadığı rəqibdən 3 xal qoparmaqdı.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 22 dəfə üz-üzə gəlib. Bunların 13-də “Neftçi”, 5-də “Sabah” qələbə qazanıb, 4 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində “ağ-qaralar” öndədi – 33:17.

Zirə - Səbail - 1:0
Qismət Alıyev, 57.
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 12:+7=4-1, 21:10.
2017/18 – 2:1, 1:1; 2018/19 – 0:0, 1:2; 2019/20 – 4:1; 2020/21 – 0:0, 2:0; 2021/22 – 3:1, 2:1; 2022/23 – 1:0, 3:1; 2023/24 – 2:2.
Cəzalı: Pedro Nuno (Səbail).
“Futbol+”in proqnozu: 40-30-30.
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00.
Rəşad Sadıqovun komandası uğurlu mövsüm keçirir. Bununla yanaşı, indiyə qədər avrokuboklara iddialılar sırasında ən şanslı sayılırdı. Lakin taleyüklü matç üçün durum bir qədər fərqlidi. Hazırda “qartallar”ın qələbədən başqa şansının olmadığını desək, yanılmarıq. Qəsəbə təmsilçisi “Səbail”ə uduzsa, son ümid “Sabah”ın xal itirməsi olacaq. Bəs “bayquşlar” “Neftçi”ni, “Sumqayıt” “Qəbələ”ni məğlub etsə?! Bəli, bu, “Zirə”nin ilk “dördlük”dən kənarda qalmasıyla nəticələnəcək. Hələ kubokun finalında da oynayacaq Rəşad Sadıqov “yüz ölçüb bir biçməlidi”. Oyunun evdə keçirilməsi və rəqibin “dənizçilər” olması meydan sahiblərini arxayınlaşdırmamalıdı. Çünki Bayıl təmsilçisi mövsümü ilk “altılıq”da bitirmək şansını tam əldən verməyib. “Kəpəz” “Turan Tovuz”a qalib gəlsə, “dənizçilər” “bozqurd”la eyni xala malik olacaq. Belədə şəxsi oyunlara görə üstün olan “Səbail” bu mövsüm üçün hədəfinə çatacaq. Şahin Diniyevin komandası məhz bu ehtimalı reallaşdırmaq məqsədilə meydana çıxacağından oyunun yetərincə gərgin keçəcəyi bəllidi. Maraqlı statistik məqamlar da var. İş orasındadı ki, “Zirə” son 4 matçda bu rəqibə uduzmayıb. “Səbail” isə Zirəyə son 8 səfərində qalib gəlməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 26 dəfə qarşılaşıb. Bunların 16-da “qartallar”, 4-də “dənizçilər” qələbə qazanıb. Altı oyunda hərəyə 1 xal düşüb. Topların nisbətində “Zirə” öndədi – 37:18.

Sumqayıt – Qəbələ - 1:0
Erik Sorqa, 52.
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 22:+4=9-9, 20:31.
2011/12 – 1:2; 2012/13 – 0:1; 2013/14 – 2:1, 0:3; 2014/15 – 1:1, 0:2; 2015/16 – 2:2, 1:1; 2016/17 – 2:2, 2:1; 2017/18 – 0:1, 0:2; 2017/18 – 2:2, 1:0; 2018/19 - 1:1; 2020/21 – 0:1, 2:0; 2021/22 – 0:0, 0:4; 2022/23 – 1:1, 2:3; 2023/24 – 0:0.
Cəzalı: Elvin Bədəlov (Sumqayıt).
“Futbol+”in proqnozu: 30-30-40.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.
Ötən həftə Masazırdan əli ətəyindən uzun qayıdan “kimyaçılar” son sözü “doğma divarlar” arasında deyəcək. Samir Abasovun komandasının dolu tribunalar önündə meydana çıxacağı gözlənilir. Belə atmosferdə daha əvvəl “Neftçi” və “Qarabağ” kimi nəhəngləri məğlub edən “Sumqayıt”ın budəfəki rəqibi də çətindi. Yəni “Qəbələ”nin autsayder olmasına aldanmaq “gənclər şəhəri”nin təmsilçisini faciəylə üzləşdirə bilər. Rövlan Muradovun komandasına kömək edib-edə bilməyəcəyi bəlli deyilsə, Elvin Bədəlov cəzalıdı. Qısası, meydan sahibləri həlledici matçda bütün gücündən yararlanıb qalib gəlməlidi. Çünki 1 xal “kimyaçılar” üçün heç nə ifadə etməyəcək! İlk “dördlük”də olmayan komanda üzülmək istəmirsə, “avrokuboklar zonası”na geri qayıtmağa məcburdu. “Qəbələ” isə premyer-liqanın “qapısını bərk çırpmaq” niyyətindədi. Kaxaber Sxadadzedin komandası son üç matçın hamısında qələbə qazanıb. “Qırmızı-qaralar” “Səbail”in avrokuboklar ümidini “dəfn edibsə”, “Sabah”a güclü zərbə endirib. Maraqlıdı ki, “Sumqayıt” son üç matçda əyalət təmsilçisinə uduzmayıb.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 46 dəfə qarşılaşıb. Bunların 7-də “kimyaçılar”, 25-də “Qəbələ” qalib gəlib. 14 oyunda “sülh” qeydə alınıb. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 71:36.

1. Qarabağ 36 26 5 5 97-37 83
2. Zirə 36 16 10 10 33-22 58
3. Sabah 36 17 7 12 50-40 58
4. Sumqayıt 36 15 12 9 37-38 57
5. Neftçi 36 16 8 12 51-40 56
6. Turan Tovuz 36 13 9 14 53-53 48
7. Səbail 36 11 9 16 50-60 42
8. Kəpəz 36 9 8 19 39-67 35
9. Araz-Naxçıvan 36 9 9 18 31-50 36
10. Qəbələ 36 7 5 24 30-64 26

Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 20, Aleksandr Ramalinqom (Səbail) – 15, Yassin Benzya, Nəriman Axundzadə (hər ikisi “Qarabağ”) – 12.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

15-12-2023, 17:0

"Səbail" "Qəbələ"ni darmadağın etdi, "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu - YENİLƏNİB

Premyer-liqa / Manşet

17-09-2023, 21:0

"Qarabağ"dan qələbə, Tovuzda qollu heç-heçə - YENİLƏNİB

Ölkə futbolu / Premyer-liqa / Manşet

12-05-2024, 21:0

”Qəbələ” və “Sumqayıt”dan qələbə - YENİLƏNİB

Ölkə futbolu

4-05-2022, 21:0

Premyer-liqada 25-ci tura yekun vuruldu - YENİLƏNİR

Premyer-liqa / Manşet

19-02-2023, 20:0

"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Aktual
Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
Əli Bəşirovdan xəbər var!
"Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
“Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
Son xəbərlər
  • Bu gün, 00:55
    Unay Emeri yenə Avropa Liqasının qalibi oldu!
  • Dünən, 23:55
    Karvaxal inciyib: baş məşqçini vida yeməyinə çağırmadı
  • Dünən, 23:07
    "İmişli" futbolçusu ilə yeni müqavilə imzaladı - RƏSMİ
  • Dünən, 22:42
    UEFA prezidenti Türkiyə futbolu haqda nələr dedi? - ''Bəli, potensial var, amma...''
  • Dünən, 22:11
    Sərin hava, bir də təbii örtük! - “Qəbələ” pley-off ilə bağlı istəklərini açıqladı
  • Dünən, 21:40
    Əli Bəşirovdan xəbər var!
  • Dünən, 21:07
    Cəsusun kimliyi bəlli oldu - İngiltərədəki qalmaqalın detalları
  • Dünən, 20:37
    Mourinyo 13 ildən sonra Madridə qayıdacaq
  • Dünən, 19:43
    “Formula-1” dünyasında önəmli razılaşma
  • Dünən, 19:12
    Gözlənilən müqavilə rəsmiləşdi
  • Dünən, 18:41
    "Kəpəz" doğrudan da "Neftçi"nin təklifinə "yox" deyib... - həqiqət üzə çıxdı!
  • Dünən, 18:15
    Cokoviç də “qiyamçılar”ı dəstəklədi
  • Dünən, 17:44
    “Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
  • Dünən, 17:30
    Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
  • Dünən, 17:15
    “Rəhbərliyə güvənmədiyimiz üçün oyuna çıxmadıq” – “qiyamçı” kapitan danışdı, prezident cavab verdi
  • Dünən, 16:56
    PFL pley-off oyununun gününü müəyyənləşdirdi – bayrama bayram qatdı!
  • Dünən, 16:27
    "Sabah" "Qarabağ"a qalib gəldi, çempion oldu
  • Dünən, 15:58
    Peresin fikirləri özünü və “Real”ı ziyana sala bilər
  • Dünən, 15:28
    Final fiti səslənmədi, AFFA nümayəndəsi susdu
  • Dünən, 14:59
    Yüksək Qızlar Liqası üçün müraciət dövrü başladı
  • Dünən, 14:45
    Yamal mudiala zədəli yollanacaq
  • Dünən, 14:32
    Neapolu tezliklə tərk edəcək
  • Dünən, 14:15
    Ölkəmizi AÇ-də təmsil edəcək şahmatçılar - AÇ
  • Dünən, 14:00
    Maltanın millimizlə görüş üçün heyəti bəlli oldu
  • Dünən, 13:08
    ''Arsenal'' 22 illik həsrətə son qoydu, Arteta premyer-liqanın tarixinə düşdü
  • Dünən, 12:37
    “Belə mərasimin ölkəmizdə keçirilməsi üçün azı 20-30 il lazımdı” – Elçin Cəfərov “RAMS Park”da nə görüb?
  • Dünən, 12:16
    “Bavariya” XXI əsrdə “böyük beşliy”in rekordunu yenilədi! - İCMAL
  • Dünən, 11:58
    "Sumqayıt" - "Qarabağ" matçının biletləri satışda
  • Dünən, 11:39
    “Frayburq”un ilk, Emerinin 6-cı cəhdi
  • Dünən, 11:18
    “Düşünürəm ki, səviyyə fərqi göründü” – “Neftçi”nin baş məşqçisindən məğlubiyyətə izah
  • Dünən, 10:58
    Bəhlul və Muaddib "Qarabağ"ın məşqində
  • Dünən, 10:37
    “Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
  • Dünən, 10:31
    Ölkəmizi AÇ-də təmsil edəcək güləşçilər - SİYAHI
  • Dünən, 10:00
    ''Beşiktaş'' yeni idman direktorunu tapdı
  • 19-05-2026, 23:0
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 305
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 241
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 208
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə