Daha bir cüdoçumuzdan qızıl medal

23.05.2024 19:30 141
İdman
Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, Zelim Kotsoyev 100 kq. çəkidə finala yüksəlib. O, burda kanadalı Şadi Elnahası da məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, mundial mayın 24-də başa çatacaq.