İspaniyanın Malaqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kubokunun ilk günü başa çatıb.
"Football-plus.az" xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisi turnirdə iki medal qazanıb. Təmsilçilərimiz yarışın ilk günündə 2 bürünc medal əldə edib. Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa mayın 19-da yekun vurulacaq.