20-21 may tarixlərində AFFA tərəfindən Azərbaycan yığmaları, Misli Premyer Liqası və 1-ci liqa klublarının həkimləri üçün UEFA-nın Football Education Proqramına əsasən “Futbolda zədələr” adlı seminar baş tutub.
“Football-plus.az” xəbər verir ki, AFFA-nın inzibati binasında keçirilən bu seminarda Azərbaycan yığmasının baş həkimi Vyaçeslav Xomenko rəhbərlik edib.
Milli komandanın digər həkimləri Olcay Bayramov və Fuad Səfərov da iştirak edib.
Məqsəd komandalarda çalışan tibbi heyətin biliyini daha da təkmilləşdirmək, futbolda tez-tez baş verən zədələr və bunun UEFA standartlarına uyğun həlli yolları ilə həkimləri tanış etmək olub.