• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tarixi derbidə kim sevinəcək?

Dünya futbolu

19-05-2024, 14:0

Türkiyə futbolunda nəfəslər tutulub.

"Football-plus.az" xəbər verir ki, mövsümün bitməsinə cəmi 2 tur qalsa da, çempion artıq həftəsonu bəlli ola bilər. Əlbəttə, bazar günü bütün diqqətlər “Rams Park”a yönələcək. Mövsümboyu amansız çempionluq mübarizəsi aparan əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” bu dəfə bir-biri ilə qarşılaşacaq.

İlk dövrədəki hakim bu dəfə də təyinat alıb
Düzdü, kağız üzərində hələ də “Fənər”in çempionluq şansı var. Amma bunun reallaşması möcüzəyə bərabər olar. Şansını davam etdirmək üçün İsmayıl Kartalın komandası ilk növbədə sabah prinsipial rəqibini səfərdə yenməlidi. Amma “Qalatasaray” hazırda qorxunc göstəricilərə malikdi. Okan Burukun komandası Türkiyə çempionatında fanatları önündə 21 oyunluq qələbə və 35 oyunluq məğlubiyyətsiz seriyaya malikdi! “Cim-Bom” superliqada evdə sonuncu dəfə 21 ay öncə - 2022-nin avqustunda “Girəsunspor”a uduzub (0:1). Maraqlıdı ki, həmin “Girəsunspor” gələn mövsüm 2-ci liqada, yəni 3-cü divizionda oynayacaq! Düzdü, “Fənər” də bu mövsüm superliqada səfərdə heç kimə uduzmaması ilə öyünə bilər. Komanda rəqib meydanlarında keçirdiyi 18 qarşılaşmadan 15 qələbə, 3 heç-heçə ilə ayrılıb. Amma məsələ burasındadı ki, bu dəfə heç-heçə “Fənər” üçün məğlubiyyətə bərabər olacaq. Çünki son 2 tura 6 xallıq üstünlüklə daxil olan “Qalatasaray”a çempionluğu rəsmiləşdirmək üçün 1 xal kifayət edəcək. Heç-heçə “sarı-lacivərdlilər” üçün yalnız əzəli rəqibin qələbə seriyasına son qoymaq baxımından kiçik təsəlli olacaq.

“Qalatasaray”dan fərqli “Fənərbaxça”nın heyətlə bağlı ciddi problemləri var. Bekao cəzalı, komandanın bu mövsüm ən yaxşı oyunçularından olan İrfan Can Kahveci ilə İsmayıl Yüksək isə zədəlidi. İsmayıl Kartal ötən tur Cikunu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmışdı. Bu dəfə Ciku öz mövqeyinə - müdafiənin mərkəzinə çəkiləcək. Dayaq yarımmüdafiəçisi mövqeyində Fredin yanında Kruniç qərarlaşacaq. İrfan Canın yoxluğunda sağ vinger mövqeyində Cengiz Ündər şans qazanacaq. Onu da bildirək ki, Ceko, Tadiç, Batşuayi və Fərdi Kadıoğlu sarı vərəqə limitini doldurmaq üzrədi. Derbidə onlardan hansısa cəzalansa, son turu buraxmalı olacaq. Hərçənd “Qalatasaray” çempionluğu rəsmiləşdirsə, son tur artıq formallığa çevriləcək. Mövsümün ən vacib oyununu Arda Kardeşler idarə edəcək. Maraqlıdı ki, bu komandaların qolsuz bərabərliklə yekunlaşan ilk dövrədəki oyununu da bu ədalət təmsilçisi idarə etmişdi! Nəhənglərin bu hakimin idarə etdiyi oyunlarda göstəriciləri təxminən eynidi. “Qalatasaray” indiyə qədər Kardeşlerin fit sahibi olduğu 20 qarşılaşmadan 11 qələbə, 3 heç-heçə, 6 məğlubiyyət, “Fənərbaxça” isə 18 oyundan 10 qələbə, 2 heç-heçə, 6 məğlubiyyətlə ayrılıb.

“Qalatasaray” irəliləyir, “Fənər” yerində sayır
Cari mövsüm əslində Türkiyə futbolunda son illərdə qüvvələr nisbətinin “Qalatasaray”ın xeyrinə dəyişdiyini bir daha göstərir. Bu faktı bütün çılpaqlığıyla üzə çıxarmaq üçün 1980-ci illərin ortalarına yollanmalıyıq. 1959-cu ildə start götürən Türkiyə çempionatında “Qalatasaray” 80-ci illərin ortalarına qədər çempionluq sayında “Fənərbaxça”dan geridə idi. Komanda bir ara hətta 14 illik çempionluq həsrəti çəkmişdi. Bu həsrət Türkiyə futbolunda yeni cığır açan Yup Dervallın sayəsndiə 1987-də başa çatmışdı. Təsəvvür edin ki, 1984/85 mövsümü başa çatanda “Fənərbaxça”nın 11, “Beşiktaş”la “Qalatasaray”ın 6 çempionluğu var idi. Yəni “Fənər” hər iki əsas rəqibindən 5 çempionluq öndə idi. Bu fərq 1990-cı illərdə azalmağa başladı. “Qalatasaray” Fatih Terimlə ardıcıl 4 il çempion olduqdan, üstəlik 2000-də UEFA kubokunu qazandıqdan sonra çempionluq sayında önə keçdi (14:13). Bu mübarizə 2014-cü ilə qədər bərabər şəkildə davam etdi. 2014-də “sarı-lacivərdlilər”in Ərsun Yanalla qazandığı çempionluqdan sonra durum bərabərləşdi (19:19). Amma həmin tarixdən etibarən “Fənər” sürəti azaltdı. Nəinki azaltdı, hətta yerində saymağa başladı! Həmin vaxtdan bəri “Qalatasaray” 4, “Beşiktaş” 3, “Trabzonspor” ilə “İstanbul BŞ” hərəyə 1 dəfə çempion olub. “Sarı-qırmızılar” sabah tarixinin 24-cü çempionluğunu rəsmiləşdirə bilər. Yəni “Qalatasaray” 1985-də 5 çempionluq geridə qaldığı “Fənərbaxça”dan 39 ildən sonra 5 çempionluq önə keçmək üzrədi! “Qalatasaray” sabah tarixində ilk dəfə ən yaxın rəqibindən 5 çempionluq önə keçə, superliqa tarixində üçrəqəmli xal həddinə çatan ilk komanda ola bilər.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-04-2022, 22:0

''Qalatasaray'' ''Fənərbaxça''ya bir ilki yaşada bilər!

Dünya futbolu

7-03-2024, 15:0

“Qalatasaray”ın çempionluq şansı 100 faizdi!

Dünya futbolu

11-05-2024, 18:0

“Qalatasaray” derbidə üç zəfəri birdən qeyd etmək istəyir

Dünya futbolu

3-09-2023, 11:0

Okan Burukdan növbəti rekord

Dünya futbolu

25-05-2023, 14:0

Çempionluq mübarizəsiylə bağlı üç ehtimal var...

Dünya futbolu

3-03-2024, 16:0

“Qalatasaray” “Tüpraş Stadionu” lənətinə son qoya biləcəkmi?

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 10:36
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
  • Dünən, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Dünən, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Dünən, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Dünən, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Dünən, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Dünən, 17:58
    Milandan Turinə yollana bilər
  • Dünən, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Dünən, 16:01
    Romadan Milana üz tuta bilər
  • Dünən, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Dünən, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Dünən, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Dünən, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Dünən, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Dünən, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Dünən, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Dünən, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Dünən, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Dünən, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Dünən, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Dünən, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Dünən, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Dünən, 10:00
    Mançesterdən Madridə yollandı
  • 24-07-2026, 23:0
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • 24-07-2026, 23:0
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • 24-07-2026, 23:0
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
Daha çox
Oxunub: 207
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 141
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Xalqın yanına getmək niyə çətindi?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə