“Təəssüf ki, 1/4 finalda “Birbaşa Bakı” ilə qarşılaşdıq” – Əfran İsmayılov 1:4 haqda nə dedi?

6.04.2024 20:30 215
Aktual / Ölkə futbolu
Minifutbol üzrə ölkə çempionatının 1/4 final mərhələsində ilk oyunlar keçirilib.

“Birbaşa Bakı” “İnter”lə üz-üzə gəlib və parlaq qələbə qazanıb - 4:1. Böyükhesablı məğlubiyyəti nə ilə izah edirsiz? Sizin üçün artıq çempionat bitdimi? “Football-plus.az”ın suallarını “İnter”in kapitanı Əfran İsmayılov cavabladı:

“Rəqib ardıcıl iki-üç il çempion olan komandadı. Biz isə yeni yığılmışıq. Təəssüf ki, 1/4 finalda “Birbaşa Bakı”ilə qarşılaşdıq. Yaxşı mübarizə aparsaq da, məğlub olduq. Cavab görüşündə əlimizdən gələni etməyə çalışacağıq. Ümumi hər şey qaydasındadı. “Birbaşa Bakı”ilə başa-baş mübarizə aparmaq hələ ki mümkün deyil”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul