UEFA-nın İcraiyyə Komitəsi AÇ-2024 ilə bağlı gözlənilən qərarı rəsmən açıqlayıb.
Qitə futbol qurumu milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.
UEFA-nın saytının yaydığı xəbərə görə, komandalar iştirak ərizəsinə 26-ya qədər oyunçu daxil edə bilər. Əvvəllər maksimum say 23 oyunçu idi.
Qeyd olunur ki, yarışın reqlamentinə uyğun olaraq, AÇ-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəsmi orqanına təqdim edilməlidi.
Avropa çempionatının final mərhələsinin oyunları 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin matçlarına 10 şəhərdəki - Berlin, Dortmund, Düsseldorf, Frankfurt, Helzenkirhen, Hamburq, Köln, Leyptsiq, Münhen və Ştutqartdakı stadionlar səhnə olacaq.