Bu gün keçirilən oyunlarla Misli premyer-liqasında 31-ci tura yekun vurulub. “CBC Sport” bütün oyunları canlı yayınlayıb.
Misli premyer-liqası
4-cü dövrə, 31-ci tur
21 aprel
Kəpəz - Sabah 1:2
Olavale Onanuqa, 61 - Kahim Parris, 12, İshak Belfodil, 35
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 3:+0=1-2, 2:7.
2022/23 - 2:2, 0:3; 2023/24 - 0:2.
Cəzalı: Maruan Hadudi (Sabah).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RAUF CABBAROV, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz. Şəhər stadionu. Saat 16.30.
“Kəpəz” uzun fasilədən sonra yenidən ev oyununu Tovuzda keçirəcək. Adil Şükürovun komandası, demək olar ki, növbəti mövsüm üçün premyer-liqada yerini təmin edib. Lakin baş məşqçi dəfələrlə vurğulayıb ki, məqsəd daha irəli getməkdi. Belədə Gəncə təmsilçisinin arxayınlaşmayacağını iddia etmək mümkündü. Hər halda, buna mane olacaq xüsusi səbəb yoxdu. Həmçinin “sarı-göylər” tarixində ilk dəfə “tələbələr”i yenə bilər. “Sabah” isə avrokuboklar uğrunda mübarizədə büdrəməmək, əksinə, şansını artırmaq istəyir. “Qarabağ” üzərindəki qələbənin davamını gətirmək lazımdı.
Bu komandalar indiyə qədər 7 oyunda qarşılaşıb. Bunların 5-də “Sabah” qələbə qazanıbsa, 2-də qalib müəyyənləşməyib. Topların nisbətində Masazır təmsilçisi öndədi – 19:6.
Araz-Naxçıvan – Səbail 0:2
Aleksandr Ramalinqom, 33, Yusif Nəbiyev, 75
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 1:+0=1-0, 1:1.
2023/24 - 1:1.
Cəzalılar: Turan Manafov, Tural Bayramlı (hər ikisi “Araz-Naxçıvan”), Adi Mehremiç (Səbail).
Hakimlər: TURAL QURBANOV, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Liv Bona Dea Arena”. Saat 19.00.
Tura “Araz-Naxçıvan” – “Səbail” oyunuyla yekun vurulacaq. Muxtar Respublika təmsilçisi son 8 matçda qələbə qazana bilməyib. Uğursuz seriyadan qurtulmaq istəyən komanda Elmar Baxşıyevin rəhbərliyi altında ikinci dəfə bəxtini sınayacaq. “Qırmızı-ağlar” evdə nəyin bahasına olur-olsun, qələbə qazanmaq və mövsümü daha yuxarı yerlərdən birində bitirmək istəyir. “Səbail” isə avrokuboklara vəsiqə şansını qoruyur. Ən azı ümidin davam etməsi üçün səfərdən əlidolu qayıtmaq lazımdı. “Dənizçilər” fanklubunun dəstəyindən məhrum olan kollektivin bunu nə dərəcədə bacaracağı sual altındadı. O bəllidi ki, Bayıl təmsilçisi bu rəqibə heç vaxt uduzmayıb.
Komandalar indiyə qədər 3 dəfə qarşılaşıb. Bunların 1-də “Səbail” qalib gəlibsə, 2-si heç-heçə bitib. Topların nisbətində “dənizçilər” öndədi – 4:3.
20 aprel
Qarabağ – Qəbələ 2:2
Y. Benzya, 66. A. Zubir, 71 - B. Auaşeriya, 19. Y. Akakpo, 85.
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 30:+20=7-3, 57:18
2006/07 - 3:2; 2007/08 - 2:1; 2008/09 - 0:0; 2009/10 - 0:0; 2010/11 - 1:1, 3:0; 2011/12 - 0:1, 1:1; 2012/13 - 1:2, 1:0; 2013/14 - 4:3, 3:0; 2014/15 - 2:0, 0:1; 2015/16 - 1:1, 2:0; 2016/17 - 2:1, 0:0; 2017/18 - 2:1, 0:0; 2018/19 - 4:1, 2:1; 2019/20 - 3:0; 2020/21 - 3:0, 3:0; 2021/22 - 2:0, 5:1; 2022/23 – 1:0, 3:0; 2023/24 - 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: FƏRİD HACIYEV, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16.30.
Günün ilk oyununda köhnə-yeni çempion “Qarabağ” “Qəbələ”ni sınağa çəkəcək. Çempionatın ən güclüsü ötən həftə yaşadığı məğlubiyyətin acığını “Qəbələ”dən çıxa bilər. Hər halda, ağdamlıların uğursuz seriya “yaxalamaq” niyyəti yoxdu. Qurban Qurbanovun komandası ölkə daxilində və avrokuboklarda yaşadığı möhtəşəm mövsümü sona yaxın korlamaq istəməyəcək. Rəqibin işi xeyli çətin olacaq. Bilindiyi kimi, mövsümün sonuna 6 tur qalmış “Kəpəz”lə aradakı xal fərqi 15-di. Bu turda “qırmızı-qaralar” məğlub olsa, “sarı-göylər” cəmi 1 xal qazansa, “Qəbələ”nin mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşəcək. Odu ki, qonaqlar meydanda bütün gücünü qoymalıdı. “Qırmızı-qaralar” tərəflərin qarşılaşdığı son 23 matçda qələbəyə həsrət qalıb.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 61 dəfə üz-üzə gəlib. Bunların 36-də “köhlən atlar”, 10-da “Qəbələ” 3 xal qazanıb, 15 matçda isə “sülh” qeydə alınıb. Topların nisbətində ağdamlılar öndədi – 102:45.
Zirə - Neftçi 3:1
R. Sadıxov, 43. F. Bayramov, 78. V. Kulaç - E. Mahmudov, 19-p.
Qırmızı vərəqə: C. Nuriyev, 67 (ikinci sarı vərəqə)
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 16:+9=3-4, 16:12.
2015/16 – 2:0, 3:0; 2016/17 – 2:0, *; 2017/18 – 1:0, 0:3; 2018/19 – 1:2, 0:0; 2019/20 – 1:0; 2020/21 – 1:0, 1:0; 2021/22 – 1:2, 1:0; 2022/23 – 0:3, 1:1; 2023/24 - 1:1.
* texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalı: Pyer Zebli (Zirə).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə. İdman Kompleksinin stadionu. Saat 19.00.
Oyun prinspiallıq baxımından dünən keçirilən “Turan Tovuz” – “Sumqayıt” matçına rəqib ola bilər. Çünki qonşu pillələrdə qərarlaşan “Zirə” və “Neftçi” 2-ci yer uğrunda mübarizə eşqi ilə meydana çıxacaq. Hər iki komanda uğurlu mövsüm keçirir və aradakı xal fərqi 1-di. Deməli, qalib hədəfə gedən yolda böyük şans əldə edəcək. Rəşad Sadıqovun komandası “doğma divarlar” amilindən yararlanmağa çalışacaq. “Neftçi” isə çətin tapşırığın öhdəsindən gəlməlidi. Azarkeş boykotunun davam etməsi, ara-sıra yaşanan uğursuzluqlar komandanı ruhdan salmasa, yaxşı nəticə qazanmaq mümkündü. Onu da nəzərə alaq ki, “Zirə” son 7 matçda “ağ-qaralar”a qalib gələ bilməyib.
Ümumiyyətlə, bu komandalar indiyə qədər 33 dəfə qarşılaşıb. Bunların 12-də “qartallar”, 12-də “Neftçi” qələbə qazanıb. 9 matçda hərəyə 1 xal düşüb. Topların nisbətində “ağ-qaralar” öndədi – 37:30.
1. Qarabağ 31 23 4 4 85-31 73
2. Zirə 31 13 10 8 29-19 49
3. Sumqayıt 31 12 11 8 32-34 47
4. Neftçi 31 13 8 10 40-33 47
5. Sabah 31 13 7 11 44-38 46
6. Turan Tovuz 31 11 9 11 47-44 42
7. Səbail 31 11 9 11 47-49 42
8. Araz-Naxçıvan 31 8 8 15 28-44 32
9. Kəpəz 31 8 7 16 36-59 31
10. Qəbələ 31 4 5 22 23-60 17
Bombardirlər: Olavio Juninyo (Qarabağ) - 17, Aleksandr Ramalinqom (Səbail) - 13, Yassin Benzya (Qarabağ) - 12.
KƏNAN BAHADIR