“Qarabağ Ordu” azad azarkeş qrupu olaraq, 2004-cü ildən fəaliyyət göstəririk. Məqsədimiz maksimum dərəcədə komandamızı dəstəkləmək, “Qarabağ”ın həqiqətlərini tribunamızda və mədəniyyətimizdə əks etdirməkdi. Bizlər, qarşımızdakı bütün əngəllərə baxmayaraq, bu mədəniyyəti Azərbaycanda yaşatmağa çalışırıq. Pis sonluqlar bizi qorxutmur, əksinə, gördüyümüz işə daha çox bağlayır. Əlavə olaraq, mövcud problemlər həll yolunu tapana qədər, oyunlara çıxmamaq qərarı alırıq. Bu mövzu müzakirəyə bağlıdı”.
Şok: “Qarabağ Ordu” 20 yaşa çatdı, stadiondan çəkildi!
Aktual / Ölkə futbolu
“Qarabağ Ordu” azad azarkeş qrupu aprelin 13-də, yəni 20 yaşının tamamında sosial şəbəkə hesabında qəribə paylaşım edib:




