Taekvondoçularımız Serbiyada iki medal qazanıblar

15.04.2024 13:35 133
İdman
Taekvondoçularımız Belqradda keçirilən Serbiya açıq çempionatında iki medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, G2 kateqoriyalı turnirdə Taleh Süleymanov (+87 kq) gümüş mükafata sahib çıxıb.

Səyyad Dadaşov (54 kq) isə yarışda bürünc medal əldə edib.