Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

12.03.2023 15:55 217
İdman
Eyndhovendə açıq Niderland çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.
"Football-plus.az" xəbər verir ki, komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa martın 12-də yekun vurulacaq.