Turnir cədvəlində ilk 8 yeri tutan komandalar mübarizəni pley-offda davam etdirəcək. Artıq 1/4 final cütləri də müəyyənləşib.
15-ci tur: “Odlar Yurdu” - “Dinamo Gəncə” 8:4, “Zirə” - “Atəşgah Suraxanı” 6:1, “Real Bakı” - “Baku Fire” 6:2, “Sumqayıt” - “Dirçəliş” 2:2, “Turan” – “Aznur” 0:8, “Qalaksi Bakı” – “Abşeron” 4:0, “Veteran” – “Birbaşa Bakı” 1:8, “İnter” – “Siyəzən” 6:4.
1. Zirə 15 15 0 0 +74 45
2. Birbaşa Bakı 15 13 0 2 +68 39
3. Odlar Yurdu 15 10 0 +11 30
4. Real Bakı 15 8 4 3 +13 28
5. Qalaksi Bakı 15 8 3 4 +11 27
6. Abşeron 15 8 2 5 +3 26
7. İnter 15 8 2 5 +9 26
8. Aznur 15 8 1 6 +9 25
9. Veteran 15 7 2 6 -1 23
10. Sumqayıt 15 6 1 8 -5 19
11. Turan 15 5 2 8 -15 17
12. Baku FIRE 15 4 2 9 -26 14
13. Dirçəliş 15 3 2 10 -24 11
14. Atəşgah Suraxanı 15 2 3 10 -34 9
15. Dinamo Gəncə 15 2 1 12 -38 7
16. Siyəzən 15 0 1 14 -59 1
1/4 final mərhələsində bu cütlər qarşılaşacaq: “Zirə” - “Aznur”, “Birbaşa Bakı” - “İnter”, “Odlar Yurdu” - “Abşeron”, “Real Bakı” - “Qalaksi Bakı”. İlk oyunlar aprelin 3-də, cavab görüşləri isə 10-da keçiriləcək.
İlk mərhələnin bütün oyunlarında qələbə qazanaraq pley-offa maksimum nəticə ilə adlayan “Zirə”nin baş məşqçisi Elşad Quliyevin fikirlərini öyrəndik:
“Bu mərhələdə artıq zəif rəqib yoxdu. Hər bir komandanı ciddi rəqib saymaq olar. Hədəfimiz dəyişməyib. Bizi yalnız çempionluq qane edəcək. Hazırkı əsas rəqibimiz isə “Birbaşa Bakı”dı. Çünki yığmanın əsas oyunçularından bir neçəsi orada çıxış edir”.
Yığmadan söz düşmüşkən, həm də bu komandanı çalışdıran Elşad bəy aprelin 4-də Sarayevoda keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatmasında zəif komandalara rəqib olmaq istədiyini dedi:
“İkinci səbətdə çox güclü komandalar qərarlaşıb. Onlardan Serbiya, Çexiya və Macarıstanı mümkün olan ən güclü rəqiblərdəndi. Digər səbətlərdəki komandalardan dünya çempionatında yaxşı oynayan Portuqaliya ilə İspaniyanı qeyd etmək olar. Onlarla eyni qrupa düşməyi arzulamıram. Nisbətən münasib qrupa düşsək, növbəti mərhələlər üçün daha yaxşı olar. Axı qrupda zəif rəqiblərlə oynayanda az güc itiririk. Pley-off oyunları ağır keçir. Həmin mərhələ üçün enerjini qorumaq vacibdi”.
GÜNAY SÜLEYMANOVA





