“Zirə” növbəti qələbəsini qazandı

27.03.2024 11:30 169
Ölkə futbolu
Minifutbol üzrə ölkə çempionatında 15-ci tura start verilib.

"Football-plus.az" xəbər verir ki, ilk gündə 4 oyun keçirilib.

Lider “Zirə” autsayderlər zonasında qərarlaşan “Atəşgah Suraxanı”nı asanlıqla məğlub edib. “Zirə” bununla ardıcıl 15-ci qələbəsini qazanıb.

Liderlər qrupunda qərarlaşan “Odlar Yurdu” da turu 3 xalla başa vurub. Son çempion “Birbaşa Bakı” isə bu gün meydana çıxacaq.

Qeyd edək ki, turun “Turan” – “Aznur”, “Galaxy Baku” – “Abşeron”, “Veteran” – “Birbaşa Bakı” və “İnter” – “Siyəzən” oyunları bu gün keçiriləcək.

Minifutbol çempionatı
15-ci tur

Sumqayıt – Dirçəliş 2:2
Odlar Yurdu – Dinamo Gəncə 8:4
Zirə – Atəşgah Suraxanı 6:1
Real Bakı –“Baku Fire 6:2