"Neftçi" - "Spartak" matçının hakimləri

23.03.2024 15:20 162
Ölkə futbolu
“Neftçi” – “Spartak” (Moskva, Rusiya) yoldaşlıq oyununun baş hakimi Rauf Cabarov olacaq.

"Football-plus.az" xəbər verir ki, ona Namiq Hüseynov və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Müslüm Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Spartak” oyunu bu gün saat 18.00-da “Neftçi Arena”da keçiriləcək.