• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Zirə" "Kəpəz"ə, "Araz-Naxçıvan" "Qəbələ"yə qarşı - YENİLƏNİR

Premyer-liqa / Manşet

16-03-2024, 16:0

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 3-cü dövrəyə, yəni 27-ci tura yekun vurulacaq.

“CBC Sport” bütün oyunları canlı yayınlayacaq.

Misli premyer-liqası
3-cü dövrə, 27-ci tur
16 may
Zirə – Kəpəz

“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 9:+5=4-0, 14:8.
2015/16 - 2:2, 2:2; 2016/17 - 2:0, 1:0; 2017/18 - 3:0, 2:1; 2022/23 - 2:2, 1:1. 2023/24 – 1:0.
Cəzalı: Qismət Alıyev (Zirə).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: KAMAL UMUDLU, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16.00.

“Zirə” ilk “dördlük”dən uzaqlaşmaq istəmir. Bu qarşılaşma həm də dövrəni bu sıralardan birində bitirmək baxımından əhəmiyyətlidi. “Qartallar”ı rəqibin onları indiyə qədər evdə məğlub edə bilməyən “Kəpəz” olması əlavə motivasiya mənbəyi ola bilər. Gəncə təmsilçisi “Qəbələ”ni 12 xal qabaqlayır. “Sarı-göylər”in düşərgəsində əhval-ruhiyyə yüksək səviyyədədi. Heyətdə hansısa itkinin olmaması komandanın meydana rahat çıxmasına şərait yaradacaq. Adil Şükürovun yetirmələri həm premyer-liqada qalmaq şansını artırmaq, həm də tarixində ilk dəfə “Zirə” səfərindən 3 xalla qayıtmaq istəyəcək. Onu da qeyd edək ki, “Zirə” tərəflərin son 10 qarşılaşmasında uduzmayıb.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 18 dəfə üz-üzə gəlib. Bunların 7-də qəsəbə təmsilçisi, 3-də isə “”Kəpəz” qalib olub. 8 matçda “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 23:16.

Araz-Naxçıvan – Qəbələ
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyununun balansı: 1:+1=0-0, 2:0.
2023/24 – 2:0.
Cəzalı: Feras Abu Akal (Qəbələ).
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı, “Liv Bona Dea Arena”. Saat 18.30.

Muxtar Respublika təmsilçisi silsilə uğursuzluqlar nəticəsində autsayder mövqeyinə yaxınlaşıb. İşlərin dərhal yoluna düşməsi və ardıcıl xalların, hətta qələbələrin qazanılması vacibdi. Çünki “qırmızı-ağlar”ın avrokuboklara yollanmaq iddiası aktuallığını qoruyur. Azər Bağırov hadisələrin axarına yaxşı mənada yön verməlidi. Ən azı çempionatın ən zəifinə məğlubiyyət azarkeşlərin əsəbini tarıma çəkə bilər. Vəziyyətin düzəlməsi üçün ən ideal fürsət məhz bu oyundu. Hər halda, naxçıvanlılar “Qəbələ” ilə qarşılaşmalarda üstün tərəfdi. “Qırmızı-qaralar”ın durumundan isə nəinki futbol camiəsi, bütün ölkə xəbərdardı. Komanda bu dəfə də məğlub olsa, gərginlik artacaq. Kxabar Sxadadze dördüncü sınağından üzüağ çıxmağa məcburdu.

Ümumiyyətlə, bu komandaların indiyə qədər qarşılaşdığı hər iki matç “Araz-Naxçıvan”ın qələbəsiylə yekunlaşıb. Topların nisbətində “qırmızı-ağlar” öndədi – 6:1.

17 mart
Turan Tovuz – Qarabağ

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 3:+0=1-2, 4:7.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: TURAL QURBANOV, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz, şəhər stadionu. Saat 16.00.

Maraqlıdı ki, “Turan Tovuz”un avrokuboklar uğrunda mübarizədə şanssız olduğunu deyə bilmirik. Komanda hələ də bu ümidi qoruyub-saxlayır. Nəticələr daha da yaxşılaşsa, “bozqurd”un Avropa meydanlarına çıxması sürpriz sayılmayacaq. Kollektivi başqalarından fərqləndirən isə bu turda yorğun “Qarabağ”la qarşılaşacağıdı. Heç kimə sirr deyil ki, rəqiblər “köhlən atlar”dan xal ala bilmir. Amma Ağdam təmsilçisinin Almaniya səfərindən qayıdıb çox keçmədən Tovuza yollanması meydan sahibləri üçün fürsət yarada bilər. Yenə də buna görə arxayınlaşmaq olmaz. Çünki Qurban Qurbanovun sərəncamındn zəngin heyət var və faydalı rotasiyalar etməsi mümkündü. Martın sonuncu həftəsində çempionluğun rəsmiləşməsi ehtimalı da “Qarabağ”ın qələbə üçün meydana çıxmasına zəmin yaradır. Onu da nəzərə alaq ki, Ayxan Abbasovun yetirmələri “köhlən atlar”ı heç vaxt məğlub edə bilməyib.

Bu komandalar indiyə qədər 6 dəfə qarşılaşıbsa, ağdamlılar 5 qələbəyə, 1 “sülh”ə nail olub. Topların nisbətində “Qarabağ” öndədi – 16:5.

Sumqayıt – Sabah
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+4=0-7, 7:20.
2018/19 – 0:1, 1:0; 2019/20 – 1:0, 1:2; 2020/21 – 1:2, 0:2; 2021/22 – 2:0, 0:3; 2022/23 – 0:6, 0:4; 2023/24 – 1:0.
Cəzalılar: İsa Suliman (Sumqayıt), Con İrasabal (Sabah).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.

Turun sonuncu matçında 3-cü dövrəni ikinci pillədə bitirəcək komandanın adına aydınlıq gələcək. “Sumqayıt” “doğma divarlar” arasında turnir cədvəlindəki yerinə göz dikən “Sabah”ı qəbul edəcək. Tərəflər qonşu pillədə qərarlaşdığından oyunun əhəmiyyəti böyükdü. Samir Abasovun komandası həm itirilmiş xalları kompensasiya etməli, həm də yerini qorumalıdı. “Sabah” isə səfərdən əlidolu qayıtmaq istəyəcək. Yeni baş məşqçi Krunoslav Renduliç təyinatından dərhal sonra 2-ci pillə üçün “döyüşəcəklərini” deyibsə, iddiasına sahib çıxmalıdı. Odu ki, oyunun bu yöndə həlledici olması gərginliyi artıracaq. Ya “Sabah” əvvəlki əzəmətini bərpa edib “Sumqayıt”ı sıxışdıracaq, ya da “Sumqayıt” rəqibinin məqsədinə çatmasına imkan verməyəcək.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 21 oyunda qarşılaşıb. Bunların 11-də “bayquşlar”, 7-də “kimyaçılar” qalib gəlib. 3 matçda qalib müəyyənləşməyib. Topların nisbətində “Sabah” öndədi – 40:21.

1. Qarabağ 26 20 3 3 68-22 63
2. Neftçi 27 11 7 9 34-29 40
3. Sumqayıt 26 10 9 7 25-30 39
4. Sabah 26 10 7 9 37-31 37
5. Səbail 27 10 7 10 39-41 37
6. Zirə 26 9 9 8 19-17 36
7. Turan Tovuz 26 9 8 9 40-35 35
8. Araz-Naxçıvan 26 8 7 11 26-35 31
9. Kəpəz 26 7 6 13 28-45 27
10. Qəbələ 26 4 3 19 19-50 15
Bombardirlər: Olavio Juninyo (Qarabağ) – 15, Aleksandr Ramalinqom (Səbail) – 11, Orxan Əliyev (Araz-Naxçıvan) – 9, Yassin Benzya (Qarabağ) - 9.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-03-2024, 21:0

“Qarabağ” və “Sabah”dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

17-09-2023, 21:0

"Qarabağ"dan qələbə, Tovuzda qollu heç-heçə - YENİLƏNİB

Premyer-liqa / Manşet

5-02-2024, 16:0

"Kəpəz" "Qəbələ"ylə xal fərqini beşə çatdırdı - YENİLƏNİB

Premyer-liqa / Manşet

19-02-2023, 20:0

"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

12-11-2023, 20:0

“Zirə” və “Qarabağ”dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

15-12-2023, 17:0

"Səbail" "Qəbələ"ni darmadağın etdi, "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu - YENİLƏNİB

Aktual
Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Son xəbərlər
  • Bu gün, 08:31
    Xaçmazda regional turnir başa çatdı
  • Dünən, 23:42
    La Liqada gözlənilən istefa
  • Dünən, 23:04
    Azərbaycanın İstanbuldakı sabiq konsulu dəstəklədi, Əziz Yıldırım prezident seçildi!
  • Dünən, 22:56
    Milli komandanın kapitanı oldu
  • Dünən, 22:00
    İtaliya paytaxtını tərk etmədi
  • Dünən, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Dünən, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Dünən, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Dünən, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Dünən, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Dünən, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Dünən, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Dünən, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Dünən, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Dünən, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Dünən, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Dünən, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Dünən, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Dünən, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Dünən, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Dünən, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Dünən, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Dünən, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Dünən, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Dünən, 11:30
    Milandan Madridə yollanacaq
  • Dünən, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Dünən, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 10:00
    London klubunu tərk etdi
  • 6-06-2026, 23:0
    A seriyasında istefa
  • 6-06-2026, 23:0
    Futbol əfsanəsi vəfat etdi
  • 6-06-2026, 23:0
    İspaniyadan Niderlanda üz tutdu
  • 6-06-2026, 22:0
    “Nyukasl”dan ayrıldılar
  • 6-06-2026, 22:0
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • 6-06-2026, 21:0
    Bolonyada qərar tutdu
  • 6-06-2026, 21:0
    İstefası qaçılmaz oldu
Daha çox
Oxunub: 711
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 246
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 246
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 153
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə