“Sabah” – “Araz-Naxçıvan” görüşündə qonaq komandanın azarkeş qrupu “Sektor-85” say baxımından “Soldati di Sabah”ı üstələdi.
Belə təzadın səbəbini öyrənmək üçün “Soldati di Sabah”ın rəhbəri Ağaxan Abdullayevlə əlaqə saxladıq:
“Bir region klubunun Bakı klubunun azarkeşinə nisbətdə çoxluq təşkil etməsi normal haldı. Çünki Naxçıvan əhalisi bir komandaya azarkeşlik edir, o da “Araz-Naxçıvan”dı. Həmçinin Tovuz, Gəncə, Qəbələ şəhərinin klubları üçün də eyni ifadə keçərlidi. Ancaq Bakıda onsuz da azarkeşin seçim imkanı var. Məsələn, Bakıda olan şəxs “Araz-Naxçıvan”ı da, “Qarabağ”ı da tuta bilər. Çünki həmin klublar Bakıda oynayır. Bu üzdən də region komandalarının azarkeşlərinin Bakı klublarına nisbətdə çoxluq təşkil etməsi qəribə hal deyil. Bunun üçün xüsusi bir uğura da ehtiyac yoxdu. Bildiyiniz kimi, ötən mövsüm “Araz-Naxçıvan” aşağı liqadan uğur qazanaraq gəldi. Qısası, region azarkeşlərinin bir komandası var, amma Bakının 4”
KAMAL SƏFƏR