• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” və “Qarabağ”dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

10-03-2024, 19:0

Bu gün Misli premyer-liqasında 26-cı turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, üç gün ərzində keçiriləcək oyunlar “CBC Sport”la canlı yayınlanacaq.

Misli premyer-liqası
3-cü dövrə, 26-cı tur
10 mart
Turan Tovuz – Araz-Naxçıvan 2:0
Aleks Souza, 78, 80

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 1:+1=0-0, 3:1.
2023/24 – 3:1.
“Futbol+”in proqnozu: 40-30-30.
Tovuz, şəhər stadionu. Saat 15.30.

“Bozqurd” çempionatın ortabablarındandı. Elitada qalmaq hədəfinə, demək olar ki, çatıb. Diqqətçəkən məqam isə komandanın 6 oyundu məğlub olmamasıdı. “Turan Tovuz” bu uğuru davam etdirmək arzusundadı. Yuxarı pillələrlə xal fərqinin az olması, təbii ki, gələcək üçün ümiddi. Ayxan Abbasov yetirmələrini hətta avrokuboklar uğrunda mübarizəyə də kökləyə bilər. “Araz-Naxçıvan” isə hələ də özünə gələ bilmir. Son 15 tura cəmi 3 qələbə sığdıran Muxtar Respublika təmsilçisi autsayder olmaq yolunda “inamla” irəliləyir. Azər Bağırov təcili tədbir görməlidi.
Bu komandalar indiyə qədər iki oyunda qarşılaşıb. Hər ikisində tovuzlular 3 xala yiyələnib. Topların nisbəti belədi – 6:1.

Qarabağ – Zirə 3:1
Nəriman Axundzadə, 43, Riçard Almeyda, 77-pen., Adama Diakabi, 80 - Sezar Meza Kolli, 79
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 16:+8=7-1, 24:10.
2015/16 – 4:1, 2:0; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:0, 2:0; 2018/19 – 3:2, 0:0; 2019/20 – 1:1; 2020/21 – 3:2, 1:1; 2021/22 – 2:0, 0:0; 2022/23 – 0:0, 2:2; 2023/24 – 0:1.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.

Əslində bu oyunun təxirə salınmaq ehtimalı böyükdü. Çünki Avropa Liqasının 1/8 finalında mübarizə aparan “Qarabağ”ı səfərdə çətin “Bayer-04” sınağı gözləyir.

Qurban Qurbanovun komandası çempionluğu erkən təmin etmək üçün qələbə qazanmağa çalışacaq. Onsuz da ən yaxın izləyicisi “Səbail”lə xal fərqini 23-ə çatdıran komanda bəlkə də elə bu dövrənin sonunda çempion olacaq?! “Zirə” isə mövqeyini itirmək təhlükəsiylə üz-üzədi, Məhz bu oyunda xal itkisinin qarşısını almaq və ən sərfəli nəticəyə nail olmaq çox vacibdi. Rəşad Sadıqovun yetirmələri ilk “dördlük” üçün mübarizədə daha cəsarətli olmalıdı.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 33 dəfə üz-üzə gəlib. Bunların 21-də “Qarabağ”, 1-də isə “Zirə” qalib gəlib. Topların nisbətində “köhlən atlar” öndədi – 66:16.

9 mart
Kəpəz – Neftçi 3:3

Junior Martins, 6, 62. Elçin Əlicanov, 47 - Filip Ozobiç, 32, 57, 78-p.
“Kəpəz”in bu rəqiblə ev oyunlarının balansı: 27:+13=4-10, 29:34.
1992 - 1:0; 1992/93 - 2:0; 1993/94 – 1:0; 1994/95 – 2:1; 1995/96 – 0:0, 2:1; 1996/97 – 1:1; 1997/98 – 2:0; 1998/99 – 2:0, 1:0; 1999/00 – 1:0; 2000/01 – 1:3; 2001/02 – 2:1; 2003/04 – 1:2; 2004/05 – 0:1; 2005/06 – 0:5; 2010/11 – 0:4; 2011/12 – 1:1; 2012/13 – 0:3; 2015/16 – 1:1, 1:2; 2016/17 – 2:0, 2:0; 2017/18 – 0:1, 1:2; 2022/23 – 0:2, 1:3; 2023/24 – 1:0.
“Futbol+”in proqnozu: 30-30-40.
Tovuz, şəhər stadionu. Saat 15.00.

“Kəpəz” premyer-liqanı tərk etmək ehtimalını sıfra endirməyə doğru irəliləyir. Gəncə təmsilçisi iki oyunluq qələbə seriyasını Tovuzda davam etdirməyə çalışacaq. Düzdü, Adil Şükürov qətiyyən süni örtük arzulamır, lakin indiki halda buna məcburdu. Tovuzun ev oyunlarını keçirməyə stadion tapa bilməyən komanda üçün düşərli olmadığı bəllidi. Bununla belə, yaxşı motivasiya, “Qəbələ” ilə xal fərqini artırmaq amalı qələbə üçün yetərli ola bilər. Mövsümə “Neftçi”dən 3 xal almaqla başlayan “sarı-göylər” arxayınlaşmamalı və bu uğuru təkrarlamalıdı. Çünki rəqib “Qarabağ”ın heyifini “Kəpəz”dən çıxa bilər. Bakılılar qələbə sayəsində həm azarkeşlərin könlünü almaq, həm də 2-ci yer uğrunda mübarizədən qopmamaq istəyir. Miodraq Bojoviçin Azərbaycan derbisində ağır məğlubiyyətə uğrayan komandanı necə hazırlaşdıracağı da maraqlıdı. Emin Mahmudovun meydana çıxmamaq ehtimalını da nəzərə alsaq, bizi gərgin mübarizə gözləyir.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 57 oyunda qarşılaşıb. Bunların 19-da “Kəpəz”, 28-də “Neftçi”qələbəyə sevinibsə, 10-da qalib bəlli olmayıb. Topların nisbətində “ağ-qaralar” öndədi – 87:52.

Sabah – Qəbələ 2:1
Davit Volkov, 19, 41 - Əyyub Allaş, 45+3.
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 11:+8=0-3, 21:9.
2018/19 – 1:0, 0:1; 2019/20 – 0:1, 3:2; 2020/21 – 3:0, 1:0; 2021/22 – 0:2, 3:0; 2022/23 – 2:1, 3:2; 2023/24 – 5:0.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “Bank Respublika Arena”. Saat 17.30.

Nəhayət, Murad Musayevin varisini tapan “Sabah” Krunoslav Renduliçin rəhbərliyi altında 2-ci pilləyə iddialıdı. Hələ ki sabit oyun göstərə bilməyən “bayquşlar” yeni baş məşqçi sayəsində uğurun sirrini tapıb rəqiblərini qabaqlamağa çalışacaq. Bunun üçün lazımi “material” da mövcuddu. Odu ki, xorvatiyalı mütəxəssis ilk sınağından üzüağ çıxmaq istəyəcək. Qarşı tərəfin autsayder “Qəbələ” olmasının bu məsələdə nə dərəcədə rol oynayacağı isə sual altındadı. Axı “qırmızı-qaralar” Kaxaber Sxadadze ilə premyer-liqada qalmağa can atır. Komandanın gürcüstanlının təyinatından sonra qələbə qazanmaması azarkeşləri narahat edir. Bölgə təmsilçisi durumdan xilas olmaq üçün tələsməlidi. “Kəpəz”lə aradakı xal fərqinin dərhal “əriməyə” başlamasından başqa çarə yoxdu. Qısası, ümidlər tükənmək üzrədi...

Ümumiyyətlə, bu komandalar indiyə qədər 21 dəfə qarşılaşıb. Bunların 5-də “Sabah”, 13-də “Qəbələ” qalib gəlib, 3-də hərəyə 1 xal düşüb. Topların nisbətində “bayquşlar” öndədi – 36:19.

8 mart
Səbail – Sumqayıt 0:1
Kasimir Ninqa, 10
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 12:+4=2-6, 8:13.
2017/18 – 0:2, 0:1; 2018/19 – 2:0, 0:0; 2019/20 – 0:2; 2020/21 – 2:1, 0:1; 2021/22 – 1:0, 1:1; 2022/23 – 1:0, 0:1; 2023/24 – 1:4.
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı, “ASCO Arena”. Saat 19.00.

“Səbail” dörd oyundu uduzmur. Əsas rəqiblərinin xal itirməsi hesabına 2-ci pilləyə yüksələn “dənizçilər”in məqsədi yerini möhkəmləndirməkdi. Şahin Diniyev komandasını, demək olar ki, optimal vəziyyətə gətirib. Bayıl təmsilçisi bəxtsizlik yaşamasa, avrokuboklar uğrunda mübarizədən geri çəkilməyəcək. Odu ki, kollektiv doğma meydanda bütün gücünü qoyub qələbə qazanmağa çalışacaq. Qarşıda isə son matçlarda xal itirdiyindən 4-cü pilləyə enən “Sumqayıt” var. “Gənclik şəhəri” təmsilçisi meydana toparlanmaq və uğursuz axara son qoymaq üçün çıxacaq. Samir Abasovun gah heyətin kasadlığından, gah da azarkeş azlığından şikayətləndiyi ərəfədə nə dərəcədə sərfəli nəticə qazanılacağı isə sual altındadı.

Ümumiyyətlə, bu komandalar indiyə qədər 24 oyunda üz-üzə gəlib. Bunların 13-də “kimyaçılar”, 8-də “dənizçilər” qələbə qazanıbsa, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “Sumqayıt” öndədi – 32:19.

1 Qarabağ 26 20 3 3 68-22 63
2 Sumqayıt 26 10 9 7 25-30 39
3 Sabah 26 10 7 9 37-31 37
4 Neftçi 26 10 7 9 31-29 37
5 Səbail 26 10 7 9 39-38 37
6 Zirə 26 9 9 8 19-17 36
7 Turan Tovuz 26 9 8 9 40-35 35
8 Araz-Naxçıvan 26 8 7 11 26-35 31
9 Kəpəz 26 7 6 13 28-45 27
10 Qəbələ 26 4 3 19 19-50 15

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

15-12-2023, 17:0

"Səbail" "Qəbələ"ni darmadağın etdi, "Araz-Naxçıvan" "Sabah"a məğlub oldu - YENİLƏNİB

Premyer-liqa / Manşet

9-05-2022, 21:0

"Sumqayıt" və "Qəbələ" qələbə qazandı - YENİLƏNİB

Premyer-liqa / Manşet

24-02-2023, 20:0

"Zirə"dən səfər qələbəsi, Bayılda bərabərlik - YENİLƏNİB

Ölkə futbolu

4-05-2022, 21:0

Premyer-liqada 25-ci tura yekun vuruldu - YENİLƏNİR

Premyer-liqa / Manşet

19-02-2023, 20:0

"Turan Tovuz" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

12-02-2024, 16:0

"Səbail" "Kəpəz"i böyük hesabla məğlub etdi - YENİLƏNİB

Aktual
“Sabah”ın matçını bu kanal göstərəcək
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Son xəbərlər
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 109
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 97
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə