Tarixdə 200-cü, derbidə 40-cı

4.03.2024 11:13 168
Premyer-liqa
“Neftçi” ölkə çempionatlarında 200-cü dəfə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 25-ci turuna təsadüf edib.

Bakı klubu “Qarabağ”la görüşdə 1:4 hesabı ilə uduzub. “Ağ-qaralar”ın xal qazanmadığı 200-cü matç ölkə çempionatlarındakı 914-cü qarşılaşmaya təsadüf edib.

“Neftçi”nin ən çox uduzduğu komanda “Qarabağ”dı. Ağdam təmsilçisi ölkə derbilərində 40-cı dəfə “ağ-qaralar”ı xalsız qoyub.