“Autosport”un yaydığı xəbərə görə, “Formula-1” komandalarından birinin rəhbəri olmuş Vilson Fittipaldi 80 yaşında dünyasını dəyişib.
"Football-plus.az" xəbər verir ki, o, fevralın 23-də ailəvi şam yeməyi zamanı ət tikəsinin nəfəs yoluna düşməsi üzündən boğulub. Nəfəs yolunu vaxtında təmizləmək mümkün olmadığından braziliyalının ürəyi dayanıb.
Fittipaldi “Formula-1” üzrə dünya çempionatında üç mövsüm pilot kimi iştirak edib, “Brabham” və “Copersucar” komandalarının heyətində 38 “Qran-pri”də iştirak edib, 3 xal toplayıb. 1975-82-ci illər aralığında isə “Formula-1” komandalarından “Fittipaldi Automotive”in idarəçisi olub.