"Ümid edirəm ki, bu, "Neftçi"də sonuncu qolum deyil"

19.02.2024 14:58 176
Premyer-liqa
"Neftçi"nin heyətində ilk qolumu vurdum. Bu məni çox sevindirir. Ümid edirəm ki, sonuncu qolum deyil".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Ervin Koffi klubun yutub telekanalına açıqlamasında deyib.

Misli premyer-liqasının 23-cü turunda "Zirə" ilə oyunda (1:0) komandasına qələbə qazandıran qolu vuran fransalı cinah müdafiəçisi bununla bağlı danışıb:

"Zirə" ilə görüşün ağır keçəcəyini öncədən də bilirdik. Çox sevindim ki, azarkeşlərimizin qarşısında qalib gəlib, üç xal qazandıq. Vurduğum qol komandaya qələbə qazandırdı. Amma bu tək mənim yox, bütün kollektivin qələbəsdir".