“Neftçi”ni dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"la “Pro Media Group” arasında qarşılıqlı tərəfdaşlıq haqqında razılıq əldə edilib.
Tərəflər ilkin mərhələdə 1 illik müqaviləyə imza atıb. Razılaşmaya əsasən, bu müddətdə “Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “97.7 Baku Hit Fm”lə bağlı təbliğat materialları yerləşdiriləcək.
"Neftçi" üçün yeni tərəfdaş
Ölkə futbolu



