Musanın komandası yoxlama oyununda uduzdu

7.02.2024 10:50 207
Dünya futbolu
Millimizin hücumçusu Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" (İsveç) yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, Kanar adalarında təlim-məşq toplanışında olan komanda İsveç klubu "Myallbu" ilə qarşılaşıb. Oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa fasilədən sonra meydana daxil olub və sona qədər oynayıb.

Qeyd edək ki, İsveçdə yeni mövsümə martın 31-də start veriləcək.