"Football-plus.az" xəbər verir ki, adı çəkilən şirkət MHL rəhbərliyinə ünvanladığı müraciətdə liqanın genişləndirilməsi ilə bağlı formal prosesi başlatmağı xahiş edib. “Smith Entertainment Group”un sədri Rayan Smitin fikirləri: “MHL-un yaxın gələcəkdə Yuta ştatında çiçəklənəcəyini görürük. Biz 100 faiz köklənmişik ki, bu hadisə mümkün qədər daha tez baş versin”. Şirkətdən onu da deyibləri ki, “Yuta” basketbol komandasının çıxış etdiyi “Delta Center” arenası MHL səviyyəsində hokkey oyunlarını da qəbul etməyə hazırdı.
Liqa “Smith Entertainment Group”un sorğusuna müsbət yanaşıb. MHL-in mətbuat xidmətinin yaydığı açıqlamada deyilir:
“MHL şirkətin Yutaya hokkey gətirməklə bağlı marağını yüksək dəyərləndirir. Son iki ildəki söhbətlərin gedişində Rayan və Eşli Smitlərin öz icmalarına sadiqliyinə, həmçinin ehtirasına və Yutanı təkcə hokkey bazarı kimi yox, idman və əyləncə yeri kimi görməsinə heyran qalmışıq. Yuta çox şey vəd edən bazardı, səbirsizliklə bu məsələnin müzakirəsinin davamını gözləyirik”.
Xatırladaq ki, hazırda MHL-də 32 komanda çıxış edir. Liqaya qoşulan sonuncu komanda 2021/22 mövsümündən mübarizə aparan “Sietl”di.



