Ulduzların oyunu üçün hər şey hazırdı

6.02.2023 13:32 286
İdman
MBA-nın fevralın 18-19-da Solt-Leyk-Sitidə keçiriləcək Ulduzların oyunu üçün hər iki konfransın komandalarının start heyətini müəyyənləşdirdiyini xəbər vermişdik.

Football-plus.az-ın məlumatına görə, artıq əvəzedici oyunçular da müəyyənləşib. 30 baş məşqçinin səsverməsi ilə heyətlər bəlli olub.

Qərb konfransı:
Pol Corc (Klippers), Şey Gilces-Aleksander (Oklahoma-Siti), Caren Cekson (Memfis), Demian Lillard (Portlend), Lauri Markkanen (Yuta), Ca Morant (Memfis), Domantas Sabonis (Sakramento).

Şərq konfransı:
Bem Adebayo (Mayami), Ceylen Braun (Boston), Demar Derozan (Çikaqo), Coel Embiid (Filadelfiya 76), Tayriz Haliberton (İndiana), Dryu Holidey (Memfis), Culius Rendl (Nyu-York).