• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Rauf Məmmədov Nicat Abasova məsləhət verdi: “Əlbəttə, bu məqam üstünlükdü” - MÜSAHİBƏ

Aktual / Müsahibə

26-01-2024, 14:0

Ölkənin ən istedadlı şahmatçılarından sayılan Rauf Məmmədov da son vaxtlar nəticələri ilə sevindirmir.

"Football-plus.az" xəbər verir ki, 35 yaşlı qrossmeyster dekabrın əvvəlində Qəbələdə keçirilən Vüqar Həşimovun xatirə turnirində ilk “3-lüy”ə düşə bilmədi, ardından Zaqrebdə keçirilən rapid və blits üzrə Avropa çempionatında 8-ci yeri tutdu, nəhayət, ayın sonunda Səmərqənddə keçirilən dünya çempionatında ilk “20-lik”dən kənarda qaldı.

Raufla söhbətdə bəzi aktual suallara cavab tapmağa çalışdıq.

- Rauf, ilk növbədə ötən ay Səmərqənddə keçirilən dünya çempionatındakı çıxışına toxunmaq istəyirik. Xüsusən də rapid üzrə turnirə yaxşı başladın, ilk 5 görüşün dördündə qalib gəlmiş, Levon Aronyanı da məğlub etmişdin. Bəs sonra nə baş verdi?
- Baxmayaraq ki, ilk turda heç-heçə etdim, ardından üç oyunda qalib gəldim, Aronyanı da məğlub etdim. Daha sonra bilmirəm yorğunluqdan ya da rəqiblərdən çəkindiyimdən nəticələr pisləşdi. Vaşye-Laqravla görüşdə çox yaxşı vəziyyətdə olsam da, heç-heçəyə razılaşdım. Ondan sonra bəxtsizlik də oldu.

- Dünya çempionatında nə kişi, nə də qadın şahmatçılarımızdan heç birinin ilk “20-liy”ə düşə bilməməsini uğursuzluq kimi qiymətləndirmək
olarmı?
- Mən özümdən danişsam, blits yarışına yaxşı başladım. Amma təsssüf ki, axırıncı günə gücüm çatmadı. Dünya çempionatına qədər bir çox yarışda oynamışdım. Bir qədər yorğunluq da var idi. Belə yarışa daha yaxşı hazırlaşmaq lazımdı.

- Son vaxtlar ölkəmizin kişilərdən ibarət şahmat yığmasında nəsil dəyişikliyinin yaşanması ilə bağlı səslənən fikirləri necə qarşılayırsan? Yəni Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov yavaş-yavaş karyerasının sonuna yaxınlaşır, yerini tədricən gənclərə verməlidi. Yeri gəlmişkən, sənin özünü də veteranlar sırasına aid etmək olarmı?
- Əlbəttə, şahmat çox cavanlaşıb. Amma şahmat futbol deyil. 39-37 yaş şahmatda heç də veteran deyil. Sadəcə, ötən il belə bir neticələr oldu. İnşallah, inanıram ki, bu il hər şey yaxşı olar.

- Builki planların necədi, hansı turnirlərə qatılmaq niyyətindəsən?
-Builki planım əsasən Şahmat Olimpiadası ilə bağlıdı. İnşallah, yığmada olaram və nəhayət, medal alarıq. Əsas yarışlar aprel, may aylarından sonra başlayır.

- Rauf, təbii ki, həmvətənimiz Nicat Abasovun apreldə Torontoda keçiriləcək dünya şahmat tacına İddiaçıların Turnirinə qatılacağından xəbərdarsan. Nicat bütün iştirakçılar arasında ən aşağı reytinqə malikdi. Bu məqamı onun üçün üstünlük saymaq olar, yoxsa çətinlik?
- Əlbəttə, bu məqam üstünlükdü. Məncə, Nicat rahat oynaya və yaxşı nəticə göstərə bilər.

- Eyni zamanda, Nicatın ən azı reytinqinə görə təzyiq altında olmayacağı, belədə sürpriz edə biləcəyi deyilir. Bu fikirlə razısanmı?
- Bəli. Dünya Kubokunda edibsə, niyə də Torontoda etməsin?!

- Nicat İddiaçılar Turnirinə necə hazırlaşmalıdı: ölkə daxilində, yoxsa xaricində? Komandası kimlərdən ibarət olmalıdı?
- Fikrimcə, Kanadaya yaxın və ya soyuq bir yerdə ola bilər. Məncə, apreldə belə, Torontoda yenə də isti olmaz. Biz Şəhriyarla Bakı, Qusar və Sankt Peterburqda hazırlaşmışdıq. Onda İddiaçılar Turniri Rusiyada keçirilirdi.

- Ölkənin ən təcrübəli şahmatçılarından biri kimi Nicata hansı məsləhətləri verərdin? Yəqin İddiaçılar Turnirində ona rəqib olacaq şahmatçılarla dəfələrlə qarşılaşmısan.
- Mən üç dəfə İddiaçılar Turniri üçün Şəhriyar Məmmədyarovla çalışmışam. Məsləhətim odu ki, yaxşı hazırlaşsın. Çunki indiki zamanda şahmatda ən önəmli debütdü və məncə, Nicat buna yaxşı hazır olmalıdı.

- Nicatın İddiaçılar Turnirində uğurlu nəticə göstərməsi özündən nə dərəcədə asılıdı, Azərbaycan Şahmat Federasiyası bu yolda nələr etməlidi?
- Bildiyimə görə, Şahmat Federasiyası Nicata qayğı göstərir. Hətta Nicat özü də bunu mediaya bildirib.

- Yəqin ki, yeni nəsil şahmatçıların da oyunlarını izləmisən, potensiallarına bələdsən. Dünya şahmat tacının yaxın illərdə Azərbaycana gətiriləcəyinə inanmaq olarmı?
- Əlbəttə! Hələlik Maqnus Karlsen dünya tacı üçün oynamır.
Məncə, nə qədər ki qayıtmayıb, hamının şansı var. Qayıtsa, heç kimə imkan verməyəcək.

- Ölkədə şahmata münasibət, onun təbliği, dövlət və özəl şahmat məkəblərinin işi, fəaliyyəti səni qane edirmi? Yoxsa hələ də lazımi səviyyədə deyil?
- Ölkəmizdə şahmata münasibət həmişə yaxşı olub. Bu indiyə qədər davam edir. Federasiya prezidenti Mahir Məmmədov gənc şahmatçılara
çox böyük dəstək göstərir və bu da sevindirinci haldı.

GÜNAY SÜLEYMANOVA

Paylaş:
Digər xəbərlər

İdman

28-10-2022, 19:0

Milli komandada yeni adlar

İdman

20-12-2022, 21:0

"Vugar Gashimov Memorial-2022"də rapid yarışları başa çatdı

İdman

30-12-2023, 18:0

Şahmatçılarımız dünya çempionatını medalsız başa vurdu

İdman

5-12-2022, 11:0

Rapid yarışının qalibləri məlum oldu

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
  • 8-08-2026, 21:0
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • 8-08-2026, 21:0
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • 8-08-2026, 20:0
    Turini tərk etdi
  • 8-08-2026, 20:0
    Madriddən Londona yollandı
Daha çox
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 188
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə