• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aslan Kərimov: “Murad Musayev hər şeyin yaxşı olduğunu desə də, nəticələr bunu göstərmir”

Premyer-liqa / Manşet

22-01-2024, 20:0

Artıq qış toplanışında yaşananları dəftərin bir kənarına yazıb, futbol üzrə ölkə çempionatının oyunlarına köklənməyin vaxtıdı.

Klublar 27 günlük fasilədən heyəti gücləndirmək imkanı kimi yararlanmağa çalışdı. Bunu n dərəcədə bacarıb-bacarmadıqlarını tezliklə yaşıl meydanda, göstərdikləri oyuna əsasən deyə biləcəyik. Amma faktiki bütün klublar heyətinə yeni oyunçu qatdı. Sadəcə, “Sumqayıt”da durğunluq oldu. Bir də 4 futbolçusunu itirən “Sabah”da müəmmalı susqunluq hökm sürür. Murad Musayev heyətdə kifayət qədər oyunçunun olduğunu dedi. Bu fikirlə razılaşmaq da olar, amma Aleksey İsayevin boşluğunu kim doluracaq? Və ya Coy-Lens Mikelslə Aleksey Kaşukun yeri “doldurulan” kimi dolduracaqlar? Qalan klublara gəlincə, “Qarabağ” İsayevi götürdü, Rahil Məmmədovu göndərdi, “Neftçi” Alfa Konteylə anlaşdı, “Zirə” Rafael Utziqlə Ceyhun Nuriyevi gətirdi, Andriya Lukoviçi göndərdi. “Kəpəz” Camal Cəfərov, Amil Yunanov və Ədilxan Qarəhmədovu icarəyə götürdü. “Qəbələ” Klesio Baukla hücumu gücləndirdi. “Səbail” Madi Queta ilə Ayub Masikanı transfer etdi. “Araz-Naxçıvan” Bayraməli Qurbanovu icarəyə verib, İldar Alekperovu icarəyə götürdü. “Turan Tovuz” Sərtan Taşkını göndərib, Aleks Souzanı heyətinə qatdı. Görəsən, yetərincə keyfiyyətli transferlər baş tutdumu? Bu keçidlərin reallaşması, komandaların heyətlərini gücləndirməsi ikinci yarıda ciddi rəqabət yarada bilərmi? Bəs “Sabah”la “Sumqayıt”ın transferlər etməməsini necə yozaq? Bütün bu suallara cavab tapmaq üçün təcrübəli mütəxəssis Aslan Kərimovla əlaqə saxladıq:

“Bəli, bütün transferlər bəllidi, lakin yalnız oyunçuların adlarına görə nəsə demək olmur. Çünki təlim-məşq toplanışlarında iştirak etmədiyim üçün oyunçuların hazırlıq səviyyəsinin hansı dərəcədə olduğunu bilmirəm. Buna görə də onlar haqda fikir bildirməyim düzgün deyil. Hətta nəzərə alsaq ki, bəzi transferlər, ümumiyyətlə, bizə yaddı. Bu transferlərin komandalarına nə dərəcədə effektli olub-olmadığını ən azı bir-iki turdan sonra demək mümkündü. O ki qaldı transfer etməyən komandalara, məsələn, “Sumqayıt”da durğunluq oldu, “Sabah” isə oyunçularını satsa da, yeni transfer etmədi. Bu iki komandanı müqayisə etsək, belə deyərdim: “Sumqayıt” bəlkə də transfer etməməkdə haqlıdı. Transfer etməmək deyərkən həm də böyük pullar xərcləməməyi nəzərdə tuturam. “Kimyaçılar” qış fasiləsinə qədər, demək olar ki, ilk yarının son oyunlarını çox yaxşı səviyyədə keçirdi. Çempionata uğurlu başlaya bilməsələr də, ilk yarının axırına yaxın əməlli-başlı əzmkarlıq göstərdilər. Bununla da komandanı bəlli bir oyun strukturuna gətirib çıxara bildilər. Buna görə də düşünürəm ki, bu oyun strukturunu dəyişməyə ehtiyac duyulmur. Ən azı daxili çempionatda çıxış edəcəkləri səviyyə məşqçi heyətini qane edir. Əlbəttə, hər bir komanda yaxşı transferlər etmək istəyər. Hətta ən yaxşı komandaların belə, yaxşı futbolçular transfer etdiyini görürük. Yəqin “Sumqayıt”ı hər şey qane edir deyə, yeni transferlərə ehtiyac duymadılar. Amma “Sabah”ın vəziyyəti tam başqadı. Hesab edirəm ki, Aleksey İsayevi də itirəndən sonra onun yerinə oyunçu almaq məcburiyyətindəydilər. Murad Musayev hər şeyin yaxşı olduğunu desə də, nəticələr bunu göstərmir. Çempionat başlayanda “Sabah”ı ən azı ilk “üçlük”də görmək istəyirdik. “Görmək istəyirdik” deməyim, ilk “üçlük”də olmalıydı. Çünki həm potensialına, həm də ötən mövsümdəki çıxışına görə belə qənaətə gəlirik. Lakin gözləntilərimizin əksinə, bu mövsüm daha zəif çıxış etdilər. İndi komandanın nəyə görə belə zəif oyun göstərməsinin səbəblərini danışmağın yeri yoxdu. Ancaq bir məqamı qeyd etmək lazımdı: ötən mövsüm iki futbolçu birlikdə 35 qol vurmuşdular. Bunlar Kaşukla Mikels idi. Onları itirəndən sonra ikinci yarıda o qədər də yaxşı çıxış edə bilmədilər. İndi isə komandanın onurğa sütunu sayılan İsayevi itirəndən sonra onun yerinə kimi oynadacaqları maraqlıdı. Yəqin legioner oynadacaqlar. Fəqət onun Alekseyin yerini doldura biləcəyinə şübhə ilə yanaşıram. Digər tərəfdən, Aleksey milli statusunda olan bir futbolçudu, meydanda olduğu müddətdə daha bir legioner oynatmaq imkanın olur. Yəni “Qarabağ” bu baxımından ağıllı hərəkət etdi. Doğrusu, Alekseyin komandanın Avropa Liqasında əsas oyunçusu olmayacağını, lakin daxili çempionatda “Qarabağ” üçün əvəzsiz oyun ortaya qoyacağını düşünürəm. Qısası, “Sabah”da İsayevin yerini dolduracaq bir oyunçu hələ ki görünmür. İndi “Qarabağ”a baxsaq, görürük ki, Rahil Məmmədovu göndərib, yerinə Alekseyi gətirdi. İsayevi əldə etmək baxımından böyük addım atdılar, amma mərkəz müdafiəçisi kimi Rahilin yerinə kimi oynadacaqları maraqlıdı. Baxmayaraq ki, Rahil əsas heyətdə az yer alırdı, fəqət texniki heyət çempionatda müdafiəçi mövqeyində rahatca rotasiyalara imkan tapa bilirdi. Həmin mövqedə bəzən Bədavi, bəzən Medina, bəzən də Bəhlul oynayırdı. İndi Medinanın yoxluğunda bilmirəm ki, kim bu vəzifənin öhdəsindən gələ biləcək. Güman edirəm ki, Maksimdən də bu mövqedə yararlana bilərlər. Amma potensial baxımından Rahil çempionatda mərkəz müdafiəçisi mövqeyində olan bir futbolçu kimi daha çox xeyir verə bilərdi. Rahili kiminlə əvəzləyəcəklərini bilmirəm. Lakin onu deyə bilərəm ki, “Qarabağ”da mərkəz müdafiəçisi mövqeyinə həmişə ehtiyac duyulur. “Zirə” haqda onu deyə bilərəm ki, ötən mövsümə damğa vura bilən futbolçuları heyətinə qatdı. Bu iki oyunçunun – Rafael Utziqlə Ceyhun Nuriyevin komandaya çox xeyri dəyəcək. Onu da nəzərə alaq ki, “Zirə” qol vurmaq baxımından problem yaşayırdı. Qapılarını nə qədər toxunulmaz saxlaya bilsələr də, qol imkanlarından yararlana bilmirdilər. Nuriyevin və ya Utziqin ikinci yarıda bu baxımdan komandanın xilaskarına çevrilə biləcəklərini düşünürəm. Ancaq komandaya uyğunlaşmaq məsələsi də var. Ən azı bir neçə oyun gözləməli olacağıq. Daha sonra “Kəpəz”lə “Qəbələ”nin transferlərə ehtiyac duyduğu bəlli idi. Hər iki klub sonuncu pillələrdə qərarlaşıblar, elitada qalmaq üçün çalışırlar. Buna görə də hər birinin ən azı bir hücumçuya ehtiyacı olduğunu düşünürəm. “Səbail” isə çempionata yaxşı başlasa belə, qış fasiləsinə yaxın, ilk yarının son oyunlarında yaxşı performans sərgiləyə bilmədi. Yeni transferlərinə gəlincə, yalnız onların oyunlarına baxıb nə isə söyləmək olar. “Araz-Naxçıvan” haqda isə düşünürəm ki, legioner limitini doldurduqlarına görə yerli oyunçuları cəlb ediblər. Onsuz da yerli oyunçular barəsində xüsusi bir dəyişiklik olacağını düşünmürəm. Ancaq nələrisə dəyişdirmək istəyirsənsə, sözsüz, yerli oyunçulardan daha artığını gətirmək məcburiyyətindəsən. Bəlkə də “Araz-Naxçıvan”da hər şey yaxşı gedir deyə, legionerə ehtiyac duyulmur. “Turan Tovuz”un Sərtanla yollarını ayırmasına gətirdiyi futbolçunun hansı səviyyədə olduğunu görəndən sonra qərar verə bilərik. Sərtan səviyyəsində bir oyunçu olacaqsa, bu geri addım sayılacaq, yox, daha üstün bir səviyyədə oynayırsa, şübhəsiz, “Turan Tovuz” da iddiasını ortaya qoya biləcək”.


KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

16-01-2024, 14:0

Qış bazarı: alış-satış necə gedir?

Ölkə futbolu

11-01-2024, 15:0

Transfer dosyesi - YENİLƏNİR

Ölkə futbolu / Manşet

1-01-2024, 20:0

Tural Əsgərov: “Qarabağ” Aleksey İsayevi “Sabah”dan almağa çalışır”

Premyer-liqa

11-02-2023, 16:0

“Qarabağ” və “Sabah”ın start heyəti açıqlandı

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə