İngiltərə klubunda ciddi itki

14.01.2024 11:30 184
Dünya futbolu
Joelinton bir aydan artıq müddətdə futbol oynaya bilməyəcək.

“Football-plus.az” xəbər verir ki, “Nyukasl”ın hücumçusu İngiltərə kubokunun “Sanderlend” ilə oyununda (3:0) zədə alıb. Baş məşqçi Eddi Hau braziliyalı hücumçunun təxminən 6 həftəliyə sıradan çıxdığını bildirib.

Joelinton bu mövsüm İngiltərə çempionatında 16 oyuna 2 qol vurub.