"Komandadan gedən futbolçularımız bəllidi"

11.01.2024 17:30 235
Aktual / I liqa
“Dünən bütün idarə heyəti olaraq, iclasda toplandıq və klubun durumun müzakirə etdik".

Bu sözləri "football-plus.az"a açıqlamasında "Mingəçevir"in İdarə Heyətinin sədri Ruslan Həmidov deyib:

"Hazırda bəzi oyunçularla danışıqlar gedir. Ayın 15-20-nə kimi hansılarla müqavilə bağlayacağımız dəqiqləşəcək. Komandadan gedən futbolçularımız bəllidi. İndiyə qədər üç oyunçuyla yolları ayırmışıq, çox güman, ikisiylə də ayıracağıq. Yanvarın 16-da “Kəpəz”in əvəzediciləriylə, 18-də isə “Karvan”la yoxlama görüşümüz olacaq. Hələ ki işlər gedir. Heç kimlə müqavilə bağlamamışıq deyə, tam dəqiq məlumat verə bilmirəm”.


KAMAL SƏFƏR