AFFA-nın əməkdaşları Futbol biznes forumunda

11.01.2024 10:58 198
Ölkə futbolu
AFFA-nın əməkdaşları Türkiyənin Antalya şəhərində keçirilən üçüncü “Winter League Convention” Futbol biznes forumunda iştirak edirlər.

"Football-plus.az" xəbər verir ki, tədbir yanvarın 13-dək davam edəcək.

Təşkilatçıların dəvəti ilə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov, Futbolda Sosial Məsuliyyət üzrə meneceri Kifayət Mustafayeva, Qeydiyyat və Statistika Şöbəsinin rəhbəri Seymur Səlimli və “Qarabağ" Futbol Akademiyasının rəhbəri Aftandil Hacıyev Türkiyəyə yollanıb.