"Kəpəz" çalışmalara start verdi

4.01.2024 22:21 174
Premyer-liqa
"Kəpəz" məşqlərə start verib.

"Football-plus.az" xəbər verir ki, komanda üzvləri üçün qış istirahəti başa çatıb. Məşqçilər korpusu və futbolçular Gəncədə bir araya gəliblər. "Sarı-göylər" çempionatın ikinci hissəsinə Nizami yurdunda hazırlaşacaqlar.

İlk məşq prosesi əsasən ümumi dözümlülüyün artırılması istiqamətində olub. 30-a yaxın azarkeşin də izlədiyi hazırlıq yüngül qaçışla başlayıb. Daha sonra futbolçular məşqçilərin verdiyi digər tapşırıqlarla çalışıblar.