“Neftçi”də baş məşqçi dəyişikliyi yaşanıb.
“Football-plus.az” xəbər verir ki, jurnalistlər üçün təşkil olunan brifində klubun idman direktoru Yens Andersson fikirlərini bildirib:
"İndiki məqamda "Neftçi"yə ən uyğun baş məşqçi olaraq məhz Bojoviçi gördük. Təcrübəli məşqçi üzərində seçim etdik. Məncə, daha yaxşı seçimdir. Bu regionda da çalışıb. Bir neçə namizəd üzərində danışıq gedirdi. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, o, "Neftçi"yə uyğun baş məşqçidi.
"Neftçi"də əvvəllər də tez-tez baş məşqçi dəyişikliyi olurdu. Hazırkı heyətimizə də uyğun məşqçi elə Bojoviçdir. Analizlər etdik, statistikaları incələdik. Sonda hazırkı baş məşqçimizin üzərində dayandıq. Məncə, hazırkı an üçün ən düzgün seçimi etmişik".