Çempionlar Liqasında hamını qabaqladı

11.11.2023 15:05 198
Çempionlar Liqası
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Antuan Qrizmann qalib gəlib. Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən müəyyənləşib. “Atletiko”nun hücumçusu qrup mərhələsinin 4-cü turunun “Seltik” ilə ev oyununda komandasının 6:0 hesablı qələbəsində 2 qol vurmaqla rol oynamışdı. Antuan turun ən yaxşı oyunçusu adı uğrunda mübarizədə Erlinq Holann (Mançester Siti), Rodriqo (Real) və Bukayo Sakanı (Arsenal) arxada qoyub.