• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

2-12-2023, 23:0

"Oyunun gərgin keçəcəyi məlum oldu. Amma təəssüf ki, ilk yarıda iki-üç hücum etdilər, ikisi qapımızda qolla yekunlaşdı. Halbuki, bizim hücumumuz var idi, o qolla nəticələnmədi, amma qapımızdan qol buraxdıq. 0:2-dən sonra fasilədə futbolçulara demişdim ki, oyunu davam etdirmək lazımdı. Uşaqlar ruhdan düşmədi, geri dönüş etdik. Qələbə də qazana bilərdik. Çox güc sərf etdik. Azarkeşlər komandamıza ruh verdi. Bir xal çətin durumda uşaqlara inam gətirəcək. Qarşıdan çətin matçlar gəlir".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli premyer-liqasının 15-ci turunun "Sumqayıt"la(2:2) oyundan sonra deyib.

- Ayxan Hüseynovun durumu necədi?
- Ayxan oyuna çox yaxşı daxil olmuşdu. Bütün hücumlar da ondan gedirdi. Ayağı burxulub. Bu dəqiqə heç kimi itirmək istəmirik. Qarşıda oyunlar çoxdur. Görək də. Artıq çəkisi yoxdu. Onu daim kontrolda saxlayırıq. Ümumən bədən quruluşu elədi ki, kök görünür. Çox istəyirik ki, bir az arıqlasın. Yəqin forması da dardı. Razmeri böyütmək lazımdı. Ayxan potensiallı futbolçudur, ona inamımız böyükdü.

- İlk yarıda arxaya çox oynayırdız. Bu rəqibin təzyiqindən irəli gəlirdi, yoxsa tapşırıq belə olmuşdu?
- Arxaya oynamağı öncədən planlaşdıra bilmərik. "Sumqayıt" kompakt müdafiə olunurdu. Cinahlardan asamalar istədiyimiz kimi olmadı. Hesab rəqibi məcbur edirdi ki, ehtiyatlı oynasın. İki hücum etdilər, iki qol vurdular. Onlar qol buraxmaq istəmirdi. "Sumqayıt" ən yaxşı formada olan komandadır. Son beş oyundur uduzmurlar. Bunları bilirdik. "Sumqayıt" kimi komanda ilə oyunda bu qədər əldə etmək, o qədər də asan deyil.

- 2:2 hesablı heç-heçəni üç xala bərabər sayırsız? Fasilədə uşaqlara necə motivasiya verdiz?
- "Qəbələ" ilə oyundan sonra futbolçularıma ən böyük iradım o idi ki, geri dönüş edə bilmirik. Bu məni məyus edir. Komandamın xarakterinə bələdəm. "Qəbələ" ilə oyundan sonra futbolçularla bu haqda daha çox danışmışdım. Fasilədə bildirdim ki, ilk beş dəqiqədə qol vursaq, qalib gələcəyik. Otto Conun iki epizodunda necə qol olmadı, çox heyf. Amma futbolçularımın istəyini görürdüm. Həftə boyu da yaxşı hazırlaşmışdıq.

- Mövsümün əvvəlində Martin Petkov tapıntı hesab edilirdi. Ancaq sonradan onun performansında eniş yaşandı, ehtiyatda qalır. Səbəbi nədi?
- Petkov çox potensiallı futbolçudu. Zədəsi oldu və özünə aid problemləri də var. Biz onun yanındayıq. İnanın ki, Martin özünə yavaş-yavaş gəlməyə başlayır. Bir ara çox pis idi. Gəncdi. Düzdü, altı ay legioner həyatı yaşayıb. Amma ona adaptasiya prosesində kömək etməliyik. Hər zaman istəyirik ki, komandada rəqabət olsun. Belə matçlarda bir hücumçu da olsa, meydana buraxardım. İl boyu hər oyunçunun enişi, yüksəlişi olacaq. Futbolçu robot deyil ki, hər zaman stabil oynasın.

- Qışda transferlər olacaq?
- Son oyunlardan sonra yəqin ki, rəhbərliklə oturub ümumi müzakirə edəcəyik. Turnir cədvəlinə və imkanlarımıza baxacağıq. Zədəlilərimiz də var, onlar da özünə gəlməlidi. İstədiyimiz futbolçunu tapa bilsək, müzakirə edəcəyik. Futbolçunu altı ay üçün transfer etmək istəmirik.

- "Turan Tovuz" bir müddət əvvəl hakimliklə bağlı etiraz tipli bəyanət yaymışdı. Ondan sonra müsbətə doğru dəyişiklik hiss edirsiz?
- Nəticəyə təsir edən səhvlər olmayıb. Etirazımız o vaxt olub ki, hakimin qərarı nəticəyə təsir edib. Amma şükürlər olsun ki, son oyunlarda bu yoxdu.

- Son matçlarda qapıda 38 yaşlı Kamal Bayramov dayanır. Digər iki gənc qapıçının rəqabətdə ona uduzmasının səbəbini nədə görürsünüz?
- Tərlan və Aydın çox potensiallı qapıçıdı. Bu gün bizə bir az psixoloji möhkəmlik lazım idi. Çünki ardıcıl səhvlər, məğlubiyyətlər bizi sıxır. Mövsümün əvvəlində də qapıçılar haqda danışarkən, demişdim ki, üç qapıçımıza da birinci kimi baxırıq. Yayda Kamal Bayramovun çox yaxşı performansı olmuşdu. O, komandamızın kapitanıdı. Futbolçuları da arxasınca aparmağı bacardı.

- Budaq Nəsirova şans verərək komandaya qaytardız. Onunla üç illik müqavilə imzaladız. Onun haqda fikriniz necədi?
- Budaq yaddan çıxmışdı və heç kimin yadına düşmürdü. Biz klub olaraq, Tovuz futbolunun yetirməsi kimi Budaqa bu şansı verdik. 2019-cu ildən bu yana oynamırdı deyirik. Amma həmin ilə qədər onun neçə oyunu var? Bunu da müzakirə etmək ikinci plandı? Budaq Portuqaliyada elə də yaxşı sezon keçirmədi, az oynadı. Bu gün onu geri qaytardıq, vaxt lazımdı. Azarkeşin fikri fərqli ola bilər. Hər kəsə kənardan başqa cür görünür. O, hazır olanda meydanda görünəcək. Kubokda şans düşdü, verdik. Əvəzedici heyətə gedir, oynayır. Amma hələ ki, ondan onu ala bilmirik. Onun üçün də çətindir. Bəlkə də, onun üçün mütəmadi oynamaq daha yaxşı olardı. Bunu da müzakirə edəcəyik. Budaqı böyük futbola qaytarmaq istəyirik. Onun özündən də, çox şey asılıdı. O, xarakterini də dəyişməlidi. Biz ona kömək ediriksə, özü də özünə kömək etməlidi. Budaq tam hələ hazır deyil.

- Qış toplanışına gedəcək?
- Təəssüf. Türkiyəyə girişi qadağandı deyə, apara bilməyəcəyik. Yayda da, buna görə biizmlə gedə bilmədi. Budaqın o qədər çətin durumları var ki, biz ona ancaq dəstək oluruq. Səfirliyə yayda müraciət etdik. Amma Türkiyədə çox qalmışdı deyə, deport etmişdilər. Yenə də müraciət edəcəyik. Təbii ki, biz bir futbolçu da qazanmaq istəyirik. Amma özündən də çox şey asılıdı. Hansısa klub onu görmək istəsə, Budaqın özü ilə onu müzakirə edə bilərik. Bəzi oyunçularımız icarədə oynayır. Birinci liqada da çox yaxşı çıxış edirlər. Bu da bizi sevindirir. Birinci və İkinci Liqadakı komandalar premyer-liqa təmsilçilərinə qarşı müqavimət göstərmək istəyir. Birdən-birə komanda sayı da arta bilər. Futbolçu qıtlığı var, hamı hazır olmalıdı. Faiq Hacıyev "Turan Tovuz"da birinci liqada çıxış edirdi. O, günü-gündən inkişaf edir. Gələcəkdə milliyə namizədlərdən olsa, təəccüblənməyəcəm. Bu gün yerli sağ cinah müdafiəçisi nə qədər var? Futbolçu oynamalıdı.

- "Sabah"ın futbolçusu Ceyhun Nuriyevi komandaya gətirmək istəyirdiz. Nə yerdə qaldı bu məsələ?
- Söhbətimiz olmuşdu. Klub da razılıq vermişdi. Ceyhun özü bir az gözləməyi məsləhət gördü. O da potensiallıdır. Rəhbərliklə oturub fikirləşirik. U-19 və U-21-in perspektivli oyunçularını komandamızda görmək istəyirik. Amma təəssüf ki, gətirmək çətindi. Çünki iddialı komandalarda oynayır. Bəzən futbolçuların özü həmin klublardan getmək istəmir. Veysəl Rzayev icarədə çıxış edir, əsas oyunçumuzdu. Bu gün Veysəl qazanır.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-11-2023, 18:0

"Biz də rəqibə 4:0 qalib gəlmişik, belə hadisələr baş verir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

3-09-2023, 20:0

Ayxan Abbasov komandasının zəif nöqtəsini açıqladı

Premyer-liqa / Manşet

23-09-2023, 20:0

Ayxan Abbasov komandasının zəif nöqtəsini açıqladı

Ölkə kuboku

9-12-2022, 16:0

Ayxan Abbasov: "Gərgin oyun olacaq"

Premyer-liqa / Manşet

13-08-2023, 21:0

"Qarabağ"la oyunda edilən səhvlər baha başa gəlir" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

22-04-2023, 19:0

"Rəqibin ustalığı öz sözünü dedi" - Ayxan Abbasov

Aktual
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
Son xəbərlər
  • Bu gün, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Bu gün, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Bu gün, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Bu gün, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Bu gün, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Bu gün, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Bu gün, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Bu gün, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Bu gün, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Bu gün, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Bu gün, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Bu gün, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Bu gün, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Bu gün, 12:57
    "İmişli"də ayrılıq
  • Bu gün, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Bu gün, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Bu gün, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Bu gün, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Bu gün, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə