• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazi Qara Qarayevi qınaq obyektinə çevirdi - Əsədov, Ağayev və Diniyev niyə susur?

Ölkə futbolu / Manşet

25-11-2023, 12:0

Çərşənbə günü AFFA İcraiyyə Komitəsinin qərarıyla Canni de Byaziylə müqavilənin müddəti uzadılmadı və yığma baş məşqçisiz qaldı.

İtaliyalı hələ vəzifəsinin başında ikən başqa ölkələrdən olan həmkarlarımızla sıx əlaqədə olur və tez-tez gərginliyə səbəb olan açıqlamalar verirdi. Gah ölkəmizi, daha dəqiq desək, yaşayış tərzini və mentallığımızı, mövcud sistemi pisləyir, gah da futbolumuzun səviyyəsiylə bağlı irad bildirirdi. Xoşagəlməz fikirlərinə görə ciddi təzyiq görməməsinin nəticəsi o oldu ki, De Byazi əndazəni aşdı və hətta idman jurnalistlərini təhqir etdi. Bu addım hər kəsin səbr kasasını daşırdı, media nümayəndələrini özündən çıxardı.

Səbəbini bilmirik, amma De Byazi Belçikada yaşananlardan sonra ya hansısa gizli qüvvənin əliylə, ya da özünü təmizə çıxarmaq məqsədiylə könüllü şəkildə yerli mətbuata müsahibə verdi. Bir tərəfdən qazandığı bərbad nəticələri öz aləmində məntiqli səbəblərlə əsaslandırdısa, guya yanlış anlaşılan bəzi məqamlara “aydınlıq gətirdisə”, iki gündü ölkə gündəmini çalxalayan açıqlama ilə də çıxış etdi. O, həmkarımızın “Qara Qarayevi niyə milliyə dəvət etmirsiz?” sualına videogörüntülərlə cavab verdi. Xatırlayırsızsa, millimiz ötən il iyunun 13-də Millətlər Liqasının 4-cü turunda Belarusla qarşılaşmışdı – 2:0. Yığmamızın qollarına Mahir Emreli və Ramil Şeydayev imza atmışdı. De Byazi məhz ikinci qolun vurulduğu anda yaşananları ictimaiyyətin yadına saldı. İddia etdi ki, Qara Qarayev həmin anlarda nəinki sevinməyib, hətta qələbəni qeyd edən komanda yoldaşlarına mane olmaq istəyib. İtaliyalı bunu indiyə qədər niyə açıqlamadığını belə izah etdi:

“Çünki mən ən əclaf futbolçularıma belə hörmətlə yanaşıram. Heç kimi alçaltmaq, azarkeşlərin gözündən salmaq fikrim olmayıb”.

Beləliklə, millimizin sabiq baş məşqçisi, nəhayət, təcrübəli oyunçuya niyə şans vermədiyini açıqladı. Bundan sonra Qara Qarayevdən açıqlama gözlənilirdi ki, sağ olsun, gözümüzü yolda qoymadı. Futbolçu srağagün axşam saatlarında sosial şəbəkə hesabında bu sözləri yazdı:

“Canni de Byazinin dedikləri, yəqin ki, öz haqqında tam məlumatın yekunu idi. Bəhs olunan videoda məntiqsiz iradı, peşəkar məşqçiyə yaraşmayan yanaşması məni təssüfləndirdi. Təqdim etdiyi videoda 7-8 oyunçu var və mən də daxil olmaqla qalanları kadrda yoxdu. Bu, o deməkdi ki, qalan bütün oyunçular millinin qoluna (qələbəsinə) sevinmirdi? Müsahibə verdiyi üçün çox sevindim. Əsassız şəkildə millidən uzaqlaşdırılmağımı onun dilindən eşitmək xoşbəxtlikdi. 10 ilə yaxın yığmada oynamışam. Yaxşı və pis çıxış etdiyim dönəmlər olub, amma hər zaman milli dəyərimiz olan formanı ləyaqətlə geymişəm!”

Belədə mövzu yenə müzakirəyə açıq qalır. Əslində Qara düz deyir. Göstərilən kadrlarda onun görüntüləri yoxdu. Bu halda məsələni araşdırmaq üçün keçmişə qayıtmağa ehtiyac duyduq. Bilindiyi kimi, De Byazinin köməkçisi Arif Əsədov da həmin oyunda idi. Onunla əlaqə sazxlayıb, hadisə anını xatırlayıb-xatırlamadığını, italiyalının yalan, yoxsa doğru dediyini soruşduq. Maraqlıdı ki, o, danışmaqdan imtina etdi:

“Hadisənin üzərindən uzun zaman keçib. İndiki halda geriyə qayıtmağın mənası yoxdu. Mən həmin an Qaranı izləməmişəm. Nə sevinməsi, nə də dilxor olması haqda nəsə deyə bilmərəm”.

Arif bəydən sonra isə həmin matçda onunla bərabər ehtiyat oyunçular skamyasında əyləşən Səlahət Ağayev və Coşqun Diniyevlə danışmaq istədik. Lakin onlar, ümumiyyətlə, sükutu pozmadılar. Görəsən, niyə? De Byazi millimizin üzvünə, ölkə futbolunun adlı-sanlı oyunçusu Qara Qarayevə böhtan atırsa, onu azarkeşlərin gözündən salmağa çalışırsa, axı niyə susasan? Böhtana qarşı mübarizə aparmaq, həqiqəti dilə gətirmək bu qədər çətin olmamalıdı! Ümumiyyətlə, həmin anda Qaranın sevincinə şahid olanlar bu gün onu qorumalı, haqq səsini yüksəltməli, futbolsevərlərin beynində şübhə toxumlarının əkilməsinə imkan verməməliydi. Nəinki susqunluq... Etinasız yanaşma... Görünür, Qara meydanda tək qaldı. Ortada, sadəcə, quru özünümüdafiə mesajı var. Millimizin üzvü haqlıdısa, yanında olmaq, daha dəqiq desək, şahidi olduğunuz anları ictimiayyətə açıqlamaq vacibdi... Haqq deyilsə, razıyıq, susun...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

22-11-2023, 11:0

Əlvida, Canni de Byazi!

Aktual / Manşet

29-09-2022, 16:0

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Yığma / Günün xəbəri

3-10-2022, 10:0

De Byazi Bakını tərk etdi

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 178
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə