ABL: "Şəki" yenə uduzdu

11.11.2023 18:05 202
İdman
Bu gün basketbol üzrə ölkə çempionatında 3-cü turun növbəti oyunu baş tutub.

"Football-plus.az" xəbər verir ki, "Neftçi" "Sərhədçi" İdman Mərkəzində "Şəki" ilə qarşılaşıb. Görüş "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 90:64 (24:18, 16:17, 26:8, 24:21). Qalib komandanın heyətində ən çox xalı Toraye Breyk qazanıb - 23.

Turun daha əvvəl keçirilmiş oyunları: “Cəlilabad” – “Xəzri” – 79:89, “NTD-İndiqo” – “Gəncə” – 94:76, “Sərhədçi” – “Sumqayıt” – 70:74.