“Football-plus.az” xəbər verir ki, belə ki, elitaya qayıtdıqdan bu yana iddialı kluba çevrilən ''Adana Dəmirspor''un prezidenti Murat Sancak ilə bağlı ortaya şok iddialar atılıb. Jurnalist Erk Acarerin verilişinə qoşulan Muhammed Yakut adlı şəxs Sancakın gizlin gəlirlərinin olduğunu və onun Yunanıstanda yaşayan Yaşam Ayavefe ilə əlaqələrinin olduğunu bildirib. Yaşam Ayavefe qanunsuz pul qoyuluşlarının, qumar saytlarının əsas təşkilatçılarından sayılır. Əslən türk olsa da, uzun illərdi Yunanıstanda yaşayır. Bundan başqa digər bir jurnalist qanunsuz pul qoyuluşları məsələsinə görə Şimali Kiprdə həbs olunan Bulut Akacan ilə Murat Sancakın birlikdə şəklini paylaşıb. ''Adana Dəmirspor''un prezidenti bu iddiaları rədd edib. O, sosial şəbəkədə yazılı bir paylaşım edərək bunları qeyd edib:
''Təəssüf ki, yenə mənim adımdan istifadə olunur. Mənim qeyri-qanuni pul qoyuluşu etdiyimi və onun təşkilində iştirak etdiyimi iddia edənlər var. Mənim ölkə xaricində həmin o yunanıstanlı da daxil olmaqla adı çəkilən şəxslərlə görüşümün, əlaqəmin olduğunu sübut etsinlər, həmin gün stadionumuzun ortasına keçib bütün fanatların mənə söyməsinə, üzümə tüpürməsinə şərait yaradacam. Etməyən şərəfsizdi. Bizim lüğətimizdə bu işlərlə məşğul olmaq namusunu satmaq deməkdi. Allah mənə bu cür işlərlə pul qazanmağı nəsib etməyib, bundan sonra da etməyəcək. Hüquq hər kəsə lazımdı. Ona görə də hüquq müstəvisində haqqımı qoruyacam və üzərimə atılmış böhtanların araşdırılmasını tələb edəcəm''.
ƏLİ



