• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Səbail" çempionatda ən təhlükəli əks-hücuma çıxan komandadı" - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

28-10-2023, 18:0

"Zirə" Misli premyer-liqasının 11-ci turunda öz meydanında "Səbail"lə 2:2 hesablı heç-heçə edib.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümumən futbolçularımın çıxışından razı qaldım. Bu mövsüm bəlkə də ən çox bəyəndiyim oyunlardan birini keçirdik. Yaxşı rəqibə qarşı oynayırdıq. "Səbail" uğurlu çıxış edir. Oyun bizim üçün çox yaxşı başladı. Hesabı açdıqdan sonra rəqibin müdafiəsində yaxşı boşluqlar var idi. Onlardan istifadə etmədik. Ancaq 2-3 dəqiqə içərisində iki qol buraxdıq. Bizim üçün böyük sarsıntı idi. Buna baxmayaraq, futbolçular oyuna nəzarəti əldən vermədi, sona qədər hücum etməyə çalışdıq. Yetərincə qol epizodlarımız var idi. Sadəcə son anlarda dəqiq deyildik. İstənilən halda, hesabı bərabərləşdirdik. Futbolçularıma təşəkkür etmək istəyirəm. Bu mövsüm məni ən çox razı salan oyunumuz idi.

- Hücum xəttinə oyunçu cəlb edəcəksiz?
- Oyuna çox ciddi itkilərlə hazırlaşırdıq. Bəlkə də ən ağır hazırlaşdığımız matç idi. Zədəli, zədədən dönən oyunçular oldu. İkinci hissədə oyunu gücləndirmək üçün meydana buraxacaq hücumameyilli futbolçu yox idi. Yarımmüdafiəçi də yox idi, hücumçu da. Oyunu məcburiyyətdən belə tamamladıq. Ehtiyatda olanların hamısı isə müdafiəyəmeyilli idi. Problemlər var, bunu əvvəlcədən də görürdük. Bunu çözmək üçün yalnız qış fasiləsində vaxtımız olacaq. İndi heç nə edə bilmərik. Maksimum dərəcədə düşdüyümüz vəziyyətdən çıxmağa çalışmalıyıq. Əslində, bu gün hücum xəttindən razı qaldım. Baxımlı oynayırdılar, sadəcə son zərbələrdə soyuqqanlılıq çatışmırdı. O da zamanla düzələr.

- Filipe Paxtmanın zədəsi nə yerdədi? Tez-tez zədələnir...
- Xeyr, köhnə zədəsi ilə bağlı məsələ deyil. Sadəcə, hər iki ayağının çarpaz bağlarından əməliyyat edilmişdi. İkisi də qopmuşdu. Son zamanlarda isə tez-tez əzələ zədəsi alır. Baxırsan ki, qarın nahiyyəsində əzələsini dartıb. Müşahidə etdikdə görürsən ki, digər komandaların heç birində bu qədər zədə yoxdu, ən çox zədə bizdədi. Bəzən daha çox istirahət veririk. Zədələri nəzərə alaraq, planlarımızda dəyişiklik edirik. Yükləmələri də aşağı salırıq, ancaq bunlardan qurtula bilmirik. Oyunöncəsi də ciddi itkilər oldu. İki gündən qabaq məşqdə Eldar Quliyev sıradan çıxdı ki, bu da bizim üçün böyük itkidi. Olur da, futbolun içindədi, çalışırıq ki, həll edək.

- Bu mövsüm evdə ilk dəfə iki qol buraxdınız. Səbəbi nədi?
- Rəqib bu gün çox dəqiq oynadı. Qapımıza demək olar ki, iki ciddi zərbə gəldi, ikisi də qolla nəticələndi. Belə dəqiqlik olan zaman inanırsan, meydanın kənarında da düşünürsən ki, qələbə qazanmaq çətin olacaq. Bizdə də çoxsaylı zərbələr, hücumlar olur, amma hər zərbə qolla yekunlaşsa, yəqin ki, bu gün 4-5 qol vura bilərdik. Pedro Nuno usta futbolçudu, bu gün də onu göstərdi. Birinci qol möhtəşəm idi, ikinci də həmçinin, onu yoxdan var etdi. Müdafiəni nədəsə günahlandıra bilmirəm. Pedro əlinə düşən yarım fürsətdən çox yaxşı istifadə etdi.

- Qapınızda gördüyünüz qollar haqda nə deyəcəksiz?
- Abbas İbrahim bu gün oyuna nədənsə inamsız başladı. İkinci hissədə dəyişiklik etdik. Andriya Lukoviç oyuna çox yaxşı daxil oldu. "Səbail" çempionatda ən təhlükəli əks-hücuma çıxan komandadı. Onu da bu gün ikinci qolda göstərdilər.

- Bu gün Rəhim Sadıqov effektisizliyi ilə diqqət çəkdi. Ancaq siz dediz ki, hücum xəttindən razı qalmısız. Sizcə, Rəhimin performansındakı eniş nə ilə bağlıdı?
- Bilmirəm. Özü də öz üzərində çalışır. Rəhim də hiss edir ki, daha çoxunu bacarar. Bu gün meydanda çox mübarizə apardı, istəkli, hərəkətli idi. Rəqib də kompakt müdafiə olunurdu, çox boşluq vermirdi. Oyuna baxdıqdan sonra daha dəqiq nəsə demək olur. Ancaq bu gün komandadan razı qaldım.

- Yeni transferlərlə bağlı axtarışlar gedir?
- Müəyyən axtarışlar gedir, nəzarətdə saxladığımız oyunçular var. Məsələn, yayda razılaşıb gətirə bilmədiyimiz oyunçular var. Onlarla danışırıq, başqa futbolçulara baxırıq. Mütləq şəkildə heyətimizi genişləndirməliyik. Müdafiə və hücum xəttində də oyunçuya ehtiyac var. Stefan Akka zədəli idi, cəmi iki stoperlə oynayırdıq, hər ikisinin də üç sarısı var. Onlardan biri sarı vərəqə ilə cəzalandırılsaydı, növbəti oyunda meydana buraxacaq stoperimiz olmayacaqdı. Heyətimizi gücləndirməliyik.

- Bu gün həm dördüncü, həm də baş hakimə etirazlarınızı bildirdiz. Yenə hakimlərdən narazı qaldız?
- Xeyr, xeyr, oyunun içində olan xırda epizodlar idi. Hər hansısa epizoda ciddi etiraz yoxdu.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-04-2023, 20:0

"Bu hakimliklə qazanmaq şansımız yox idi" - Murad Musayev

Premyer-liqa / Manşet

8-04-2023, 22:0

"Neftçi"yə qarşı hücum futbolu oynamamaq olmur" - Samir Abasov

Premyer-liqa / Manşet

19-08-2023, 23:0

"Gərgin mübarizə qabaqdadı" - Rəşad Sadıqov

Premyer-liqa

27-08-2022, 21:0

"Təəssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu" - Mahmud Qurbanov

Aktual
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Son xəbərlər
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 219
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə