"Roma" və ya "Napoli"də özümü sınamaq istərdim”

20.10.2023 20:51 188
Dünya futbolu
İtaliyalı mütəxəssis Antonio Konte məşqçiliyə qayıtmaq istəyindən danışıb.

“Football-plus.az” xəbər verir ki, o, yenidən İtaliyaya dönmək istədiyini bildirib:

“Səudiyyə Ərəbistanından gələn böyük təklifi rədd etdim. Təəssüflənirəm ki, cəmi üç ildən sonra "Yuventus"dan ayrıldım. Bir gün "Roma" və ya "Napoli"də özümü sınamaq istərdim. Amma, adətən, mövsümün sonunda komandaya qoşulmağı üstün tuturam”.


Qeyd edək ki, 54 yaşlı mütəxəssis “Yuventus”, “Çelsi”, “İnter”, “Totenhem” kimi nəhəng klubları çalışdırıb.