"Ümid"i yaradanlar bütün qüvvəsini, imkanlarını "Araz Saatlı" üçün səfərbər etsələr, olmazdımı?!
"Football-plus.az" saytı olaraq, məsələylə bağlı "Araz Saatlı"nın prezidenti Ədalət Abdullayevin fikirlərini öyrəndik:
"Ümid"in yaradılmasına sevinirk. Zatən o klubu yaradanlar da dostlarımızdı. Saatlı futbol rayonudu. Ona görə də bölgəmizdə ən azı iki futbol klubunun olmasını dəstəkləyirik. Bildiyiniz kimi, hələlik futbol akademiyamız yoxdu. Buna rəğmən, rayonumuzun kəndlərində istedadlı futbolçular var. Belə uşaqları üzə çıxarmalıyıq. Odu ki, 15-18 yaş arası gənclərin özlərini "Ümid"də göstərməsi bir şansdı. Zatən həmin oyunçular bizim də nəzərimizdə olacaq. Özünü yaxşı tərəfdən göstərənləri "Araz Saatlı"ya cəlb edəcəyik. Qışa qədər "Ümid"in keçirəcəyi matçları yaxındam izləyəcəyik. Seçilən gəncləri yanvarda komandamıza cəlb edərək peşəkar müqavilə bağlayacağıq. Odu ki, Saatlıda daha bir futbol komandasının olması həm bölgə, həm də ölkə futbolu üçün inkişaf deməkdi".
ABDULLA İSMAYILOĞLU






