AFFA prezidenti Gəncə və Ağsuya səfər etdi

14.10.2023 13:09 213
Ölkə futbolu
AFFA-nın prezidenti Rövnəq Abdullayev Gəncə və Ağsuda səfərdə olub.

"Football-plus.az" xəbər verir ki, o, səfər çərçivəsində Gəncədə FİFA -nın dəstəyi ilə tikilib tamamlanan akademiyanın vəziyyəti ilə tanış olub.

Həmçinin Ağsu şəhər stadionunun vəziyyəti ilə tanış olan AFFA prezidenti təmir-tikinti işləri ilə bağlı müəyyən məsləhətlərini verib.

Hər iki görüşdə Gəncə və Ağsunun icra hakimləri də iştirak edib.