Azərbaycan - Şimali İrlandiya oyununun hakimləri açıqlandı

9.10.2023 14:33 328
AÇ
21 yaşadək futbolçulardan ibarət millimizin AÇ-2025-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “Azərsun Arena”da keçiriləcək görüşü bolqarıstanlı Georgi Davidov idarə edəcək.

Georgi Doynov və Miroslav Maksimov köməkçi hakim, Kristian Kolev isə dördüncü hakim kimi meydana çıxacaqlar. Onların işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. Belaruslu Sergey İlyiç isə UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, oktyabrın 12-də F qrupu çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18.00-da başlayacaq.