U-21 millimizin oyunlarının stadionu dəyişdirildi

4.10.2023 15:14 512
Yığma
21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, U-21-in oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev matçı öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq.

Qərara əsasən, Samir Əliyevin kollektivi rəqiblərini “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.