"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveç "Həkken"i 3 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
"Football-plus.az" xəbər verir ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib.
Abrahamsson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hammarda isə 2026-cı ildə başa çatacaq.
Qeyd edək ki, “Qarabağ” 2-ci turda “Hakken”lə qarşılaşacaq. Azərbaycan çempionu rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək.