Basketbol üzrə Avroliqanın yeni mövsümünə hazırlaşan “Barselona”nın yeni oyunçusu Cabari Parker MBA-nı tərk edərək Avropaya köçməsinin səbəbini izah edib:
“Sadəcə, hansısa böyük layihənin parçası olmaq istəyirəm. Mən elə yerdə olmaq istəyirəm ki, hər oyunun əhəmiyyəti olsun. Təəssüf ki, MBA biznesdi, burda hər oyunda qalib gəlməyə çalışan 10-12 komanda və draftda pik qazanmaq istəyən başqaları var. Bəs başqa yaxşı oyunçulara nə qalır? Ya çox yaxşı olmalısan, ya dap is. Təəssüf ki, biz liqanın zəifləməsini müşahidə edirik. Sizin nəzarətinizdən kənarda olan çoxlu məsələlər var. Avroliqa və azarkeşlər çox şey gözləyir, biz oyunçular isə özümüzdən çox şey gözləyirik və yarışmaq istəyirik”.
Xatırladaq ki, 28 yaşlı amerikalı 2014-cü ildən bəri MBA-da “Miluoki”, “Çikaqo”, “Vaşinqton”, “Atlanta”, “Sakramento” və “Boston”un şərəfini qoruyub.