Trevor Çalobanın məsələsinə aydınlıq gəlib.
“Football-plus.az” xəbər verir ki, qışda “Çelsi”ni tərk edəcək. London klubu avqustun sonunda onu “Nottingem Forest”ə satmaq qərarına gəlmişdi. Lakin “Bavariya”ya yollanacağına ümid edən Trevor Nottingemə getmək istəməmişdi. O, “Çelsi”nin yetirməsidi.
Bu komandada indiyədək 63 oyun keçirən müdafiəçinin yanvarda başqa kluba üz tutacağını Fabritsio Romano xəbər verib. Amma tanınmış jurnalist 24 yaşlı futbolçunun hara yollanacağına aydınlıq gətirməyib.