“Qəbələ”nin oyununun vaxtı dəyişdirildi

22.09.2023 16:49 219
Ölkə futbolu
Əvəzedicilər Liqasında oktyabrın 2-də keçirilməli olan 8-ci turun “Kəpəz-2” – “Qəbələ-2” oyunu “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının UEFA Gənclər Liqasındakı görüşünə daha yaxşı hazırlaşa bilməsi məqsədilə sentyabrın 30-da baş tutacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qərar “Qəbələ”nin müraciəti, “Kəpəz”in razılığı ilə Peşəkar Futbol Liqası tərəfindən qəbul olunub.