“Qəbələ” – “Puşkas Akademiya” oyununa təyinatlar açıqlandı

21.09.2023 16:50 224
Ölkə futbolu
"Qəbələ" və Şimali Makedoniyanın “Puşkas Akademiya” komandaları arasında baş tutacaq UEFA Gənclər Liqasının I mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Əsas referi Sayat Karabayevə Timur Tursumbayev və Yevgeni Karlov yan xətt hakimi qismində yardımçı olacaqlar.

Qeyd edək ki, oktyabrın 4-də Qəbələdə təşkil olunacaq qarşılaşma saat 16.00-da başlayacaq.