DÇ: Güləşçimiz yarımfinala yüksəldi

18.09.2023 17:52 230
İdman
Sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finaldan başlayaraq, bu raunda qədər bütün rəqiblərinə qalib gəlib.

O, 1/4 finalda almaniyalı Erik Tileni “tuş”la məğlub edib.

Hacı Əliyev (65 kq) və qadın güləşçi Alyona Kolesnik (59 kq) isə 1/4 finalda rəqiblərinə uduzub.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.