• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Kəpəz" rəhbəri şokdan ayılmayıb - MÜSAHİBƏ

Premyer-liqa / Manşet / Müsahibə

17-09-2023, 11:0

"Kəpəz"in İdarə Heyətinin sədri İlqar Nadiri "Səbail"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırdı...

- Komandanız 0:3 hesabı ilə məğlub oldu. Görüş haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Hesabın belə olacağını gözləmirdik. Erkən qol buraxımız oyun planına ciddi təsir etdi. İkinci qol "Səbail"in üstünlüyünü bir qədər də artırdı. Bundan sonra oyunun nizam-intzamı pozuldu. Hesab daha fərqli ola bilərdi.

- “Neftçi” və “Qarabağ”dan xallar alsanız da, digərlərinə məğlub olmusunuz. Deyəsən, ortabab rəqiblərə qarşı komandanızda motivasiya çatmır?
- Əslində, çempionatda iştirak edən komandaların hamısı bir-birindən xal almaq iqtidarındadı. “Səbail”lə görüşə də yaxşı hazırlaşmışdıq, öz meydanımızda qələbə qazanmaq istəyirdik. Bu qalibiyyət bizə çox lazım idi. Ancaq alınmadı.

- Elmir Tağıyevlə bağlı hansısa məlumatınız var? Son durumu necədi?
- Elmir zədələndi. Tam olaraq həkim müayinəsindən keçəcək.

- Azarkeşlər baş məşqçini istefaya səslədilər. Bununla bağlı nə deyə bilərsiz?
- Gəncədə belədi, nəticə olmayanda, komanda baxımlı oyun ortaya qoymayanda azarkeşlər narazı qalırlar. Mən özüm də hələ şokdan ayılmamışam. Təəssüfedici oyun idi. Komandanın meydanda nə etmək istədiyini biz özümüz də başa düşmədik.

- Futbolçuların hazırlıq səviyyəsinin aşağı olması nə ilə bağlıdı?
- Komanda təlim-məşq toplanışı keçməyib, istədiyimiz futbolçuları dəvət edə bilməmişik. Bunların hamısı nədənsə qaynaqlanır. Adətən yay fasiləsində təlim-məşq toplanışı olmalı, yoxlama görüşləri keçirilməlidi. Biz hələ indi də futbolçu axtarırıq. Haradasa 10 gün əvvəl bizə futbolçu təklif etdilər, hazırlıq səviyyəsi istənilən vəziyyətdə deyildi. Kollektiv yenidən formalaşır, zaman lazımdı. Bu zaman ərzində də itirəcəyimiz belə oyunlar olacaq.

- Oyunçu gətirə bilməməyinizin səbəbi nədi?
- 80 faiz maliyyə çatışmazlığından qaynaqlanır.

- Bu gün FİF nümayəndələri oyunda iştirak edirdi. Onlarda sponsorla bağlı hansısa irəliləyiş var?
- Biz hər gün danışırıq. Nəsə eləməyə çalışırıq. Vəziyyətdən çıxmaq lazımdı.

- Bir ara hansısa şirkətlə danışıq apardığınız barədə məlumat yayılmışdı. Bu, doğrudu?
- Azərbaycan futbolunda ictimaiyyət o qədər kiçikdi ki, adi qığılcım olanda belə hər kəs bilir. Elə bir şey yoxdu ki, onu qapalı saxlayaq. Əksinə, biz də işıqlandırılmasının tərəfdarıyıq ki, futbola gəlmək istəyən şirkət bir az da həvəslənsin, proses sürətlənsin.

- Belə söhbət gəzir ki, iş adamları “Kəpəz”ə dəstək olmaq istəsə də, şəhərdəki mühitə görə yaxın durmurlar?
- Biz istənilən mühiti, strukturu yaratmağa hazırıq. Yetər ki, gəlsinlər, komandaya ciddi dəstək versinlər. Öz adımdan söz verirəm ki, istənilən formada danışığa hazıram. Rəhbərlik səviyyəsində təmsil olunması, rəhbər olması belə mümkündü.

- Siz geri çəkilməyə hazırsınız?
- Heç bir problem yoxdu. Əsas odu ki, komanda yaxşı olsun. Burdayamsa, o demək deyil ki, komandanı əlimdə saxlayacağam, heç kimə yaxın durmağa icazə verməyəcəyəm. Gücüm çatan budu, bu qədər mübarizə apara bilirik. Şəxsən özüm müraciət edirəm, çalışıram. Komandaya dəstək olmaq istəyənləri necə lazımdısa qarşılamağa hazırıq.

- “Kəpəz”ə əlavə nə qədər vəsait lazımdı ki, normal mübarizə apara bilsin?
- Premyer-liqada iştirak edən komandanın lisenziya büdcəsi 2 milyon manatdı. Nə qədər lazım olduğu barədə dəqiq rəqəm deyə bilmərəm. Ancaq indi bu büdcə ilə çıxış edən komanda yoxdu. Premyer-liqa klublarının büdcəsi ən azı bunun ikiqatıdı.

- Akademiyada necə, müsbətə doğru irəliləyiş var?
- Akademiyada işlər yekunlaşmaq üzrədi, yaxın vaxtlarda açılış tarixi dəqiqləşəcək. Açılış tədbiri nəzərdə tutulub.

İLKİN SULTANLI, GƏNCƏ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet / Müsahibə

30-10-2022, 15:0

Gəncənin icra başçısı nə söz verdi? – MÜSAHİBƏ

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Maraqlı

1-02-2023, 11:0

Bıçaqlanan "Kəpəz" azarkeşi əməliyyat olundu

Premyer-liqa

10-07-2022, 20:0

"Səbail" "Kəpəz"I məğlub etdi

Aktual
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
“Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
Son xəbərlər
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
  • Dünən, 13:39
    Ter Ştegen komandasından ayrılacacaq
  • Dünən, 12:54
    “Pafos” Murad Məmmədov üçün təqdimat mərasimi keçirəcək
  • Dünən, 12:14
    Millimizin baş məşqçisi vəzifəsindən ayrıldı
  • Dünən, 11:43
    "Kəpəz"də Verdaşka ilə yeni müqavilə - RƏSMİ
  • Dünən, 11:36
    Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə